Ermənistanda Rusiya səfirliyinə yürüş keçirilib
Tarix: 20.05.2014 | Saat: 17:01:00 | E-mail | Çapa göndər


Moskvanın siyasətinə etiraz edən ermənilər Rusiyanın Ermənistandakı səfiri İvan Volınkinin persona non grata elan olunmasını tələb edərək nümayiş keçiriblər.
Məlumata görə, erməniləri narazı salan səbəb Kremlin Ermənistanı Gömrük İttifaqına birləşməyə məcbur etməsidir və İvan Volınkinin Ermənistan Respublikasının suverenliyinə hörmətsizlik göstərməsidir.
Bu məqsədlə etiraz aksiyası keçirən Ermənistan vətəndaşları İrəvanın Azadlıq meydanından Rusiya səfirliyinin qarşısına qədər davam edən yürüş ediblər. Etirazçıların əsas şüarları “Putinizmə Yox!”, “Azad, müstəqil Ermənistan” olub. Nümayiş iştirakçıları əllərində Ermənistan, Avropa İttifaqı bayraqlarını, siyasi məhbus hesab etdikləri Volodya Avetisyanın və Şant Harutyunyanın şəkillərini tutub və Rusiyanın işğalçılıq siyasətini pisləyərək “Eşq olsun Ukraynaya!” şüarları səsləndiriblər.
Qeyd edək ki, Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin Rusiyada dərc olunan “Noyev kovçeq” qəzetinə müsahibəsində Rusiyanın Ermənistan informasiya məkanında daha fəal iştirak etməsinin labüdlüyünü bildirərək, iki ölkə arasında münasibətləri korlamaq istəyən QHT-lərin neytrallaşdırılması yönündə iş aparmağa çağırmışdı. Səfirin məhz bu fikirləri Ermənistanın bir çox ictimai təşkilatları tərəfindən Ermənistanın daxili işlərinə müdaxilə və suverenliyinə hörmətsizlik kimi qəbul edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb
24.09.2018
Aşot Qriqoryan: “Bu gün Ermənistanın yürütdüyü siyasət acınacaqlı vəziyyətdədir”
24.09.2018
Minsk şəhərində “Bakı Bulvarı”
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info