Daşkənddə Azərbaycanla bağlı müsabiqənin qalibləri mükafatlandırılacaq
Tarix: 20.05.2014 | Saat: 18:11:00 | E-mail | Çapa göndər


Mayın 24-də Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) “Özbəkistan KİV-də Azərbaycan haqqında ən yaxşı məqalə” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçiriləcək.
Müsabiqə “Heydər Əliyev”, “Azərbaycan” və “Azərbaycan mədəniyyəti” nominasiyalarında elan olunmuş və bu mövzularda Özbəkistan mətbuatında xeyli məqalə dərc edilib.
Müsabiqənin təşkilatçıları Azərbaycanın Özbəkistandakı səfirliyi, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti və səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzidir.
Müsabiqə 2013-cü ildə AMM-in təşəbbüsü ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə elan edilib. Müsabiqənin əsas məqsədi qardaş Özbəkistan mətbuatında Azərbaycan mövzusunun daha çox işıqlandırılması və təbliğidir.
Bu günlərdə müsabiqəyə təqdim olunmuş məqalələr qiymətləndirilmiş, qeyd edilən nominasiyalar üzrə qaliblər müəyyənləşdirilib.
Müsabiqənin qaliblərinə Azərbaycanın Özbəkistandakı səfirliyinin fəxri fərmanı və AMM-in pul mükafatı veriləcək. Mükafatı qaliblərə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev təqdim edəcək.
Tədbirlə əlaqədar Mərkəzin foyesində “Azərbaycan”, “Heydər Əliyev” və “Azərbaycan mədəniyyəti” mövzularında kitab sərgisi təşkil olunacaq, jurnalistlərə ziyafət veriləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib
25.09.2018
AZAL yeni tipli təyyarələr üçün trenajorlar alacaq
25.09.2018
Xüsusi təyinatlılar üçün yeni snayper istehsalına başlanılıb
25.09.2018
Zeynab Kazımova yeni vəzifəyə təyinat alıb
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10143

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
4 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
5 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info