Gənclərə 1000-ə yaxın vakant iş yeri
Tarix: 20.05.2014 | Saat: 18:48:00 | E-mail | Çapa göndər


Mayın 23-də Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət İqtisad Universitetində IX “Məzun-2014” ümumresprublika yarmarkası keçiriləcək. “Sənaye ili” çərçivəsində təşkil olunacaq yarmarkada 90-dan çox dövlət qurumu, sənaye müəssisələri, şirkət və banklar iştirak edəcək. Yarmarkada tələbələrə müxtəlif ixtisaslar üzrə vakant iş yerləri, staj keçmə, təqaüd və təcrübə proqramları təqdim olunacaq. Yarmarkada ölkəmizdə və xaricdə təhsil almış 2500-ə kimi məzunun iştirakı gözlənilir. Artıq 7 ölkənin (Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, Avstriya, Bolqarıstan, Estoniya) 40 universitetinin məzunu iştirak etmək üçün rəsmi qeydiyyatdan keçib. İşlə təmin olunmaq istəyən məzunlar CV-lərini mayın 22-dək mezunaseu@gmail.com elektron ünvanına göndərə bilərlər. Əlavə məlumat üçün 497 71 35 və 146 saylı telefonlarla əlaqə saxlamaq mümkündür. Yarmarkada bütün ali təhsil müəssisələrinin məzunları iştirak edə bilərlər. “Məzun-2014” yarmarkasında gənclərə 1000-ə yaxın vakant iş yerləri təklif olunacaq. Yarmarkada məzunların dövlət və biznes strukturlarının nümayəndələri ilə görüşləri təşkil ediləcək, ən qabiliyyətli və perspektivli məzunlar daimi iş yerləri ilə təmin ediləcəklər.
Həmçinin, yarmarka günü tələbə və məzunlar üçün özəl şirkətlər tərəfindən müxtəlif uduşlu lotoreyalar, hədiyyə kampaniyaları, müsabiqələr, mükafatlandırmalar və digər tanıtım tədbirləri həyata keçirəcək.
Yarmaka bitdikdən sonra müraciət edən bütün məzunların CV-ləri dövlət qurumlarına və özəl şirkətlərə təqdim ediləcək.
Nigar




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info