Astanada “Türk yazı günü”
Tarix: 20.05.2014 | Saat: 19:36:00 | E-mail | Çapa göndər


Qazaxıstanın paytaxtı Astana şəhərində türkdilli dövlətlərin “Türk yazı günü” mövzusunda Beynəlxalq forumu keçirilir. Astanadakı Türk Akademiyasının təşkil etdiyi forumda Azərbaycan, Türkiyə və Qırğızıstandan alimlər, ictimai xadimlər, parlamentlərin deputatları və diplomatik korpusun nümayəndələri iştirak edirlər.
Beynəlxalq forumda ölkəmizi AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov, respublikamızın Qazaxıstandakı səfiri Zakir Həşimov, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru Ertekin Salamzadə və sənətşünaslıq doktoru Rəna Abdullayeva təmsil edirlər.
Forumda türk dünyasının min illər bərabər yaşadıqları, min illərdir ki, ayrı düşdükləri, son 30 ildə çağdaş ölkə dastanlarının və yazıçılarının əsərlərinin ortaq olduğundan danışılıb. Türk dünyasının daha sıx ünsiyyətdə olması üçün ortaq bir yazıya keçilməsinin vacibliyi vurğulanıb. Forumda “Türk yazısının tarixi, bu günü və gələcəyi” və “Ümumi tarix: teorik-metodoloji problemlər” mövzularında müzakirələr aparılıb. Türkdilli dövlətlərin ümumi inteqrasiyası, ünsiyyətin və əlaqələrin daha da möhkəmlənməsi üçün Türk Yazı Gününün təsis olunmasının Asiya ölkələri üçün vacibliyi vurğulanıb. Forumda çıxış edən Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov bütün türk xalqlarını bu tarixi hadisə münasibətilə təbrik edib, dildə, düşüncədə, əməldə birlik təntənəsinin yaşandığını bildirib.
Həsən Həsənov deyib: “Bu gün həm də bizim ulu babalarımız Dədə Qorqud, Oğuz xanın xatirəsini anma günüdür. Çünki onlar türk dilinin formalaşmasına çox böyük xidmətlər göstərmişlər. Məhz türk yazısının və lüğətinin təməlini qoyanlar - dahi türk ozanları, akınları, manasları və digərləri türk eposlarını min illər ərzində nəsillərdən-nəsillərə ötürüblər. Türk dilinin və yazısının qədim tarixi var. Heç bir sistem bizim dillərimizi ayıra bilməz”.
Qazaxıstan parlamentinin qərarına əsasən, ilk dəfə Astanada keçirilən bu tədbirin şərəfinə hər il 18 may - Türk Yazı Günü kimi qeyd ediləcək. Forumda Türk Akademiyasının nəşr etdiyi kitabların təqdimatı və sərgisi keçirilib.
Qeyd edək ki, 2010-cu ildə Qazaxıstanın Astana şəhərində açılmış Türk Akademiyası türk dünyasında birinci nadir elmi-tədqiqat mərkəzidir və bu barədə razılaşma 2009-cu ildə Azərbaycanın Naxçıvan şəhərində keçirilən Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşündə əldə edilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Ədliyyə naziri Xaçmazda vətəndaşları qəbul edib
15.02.2019
Алексей Ретеюм: “Дизайн Баку поражает. Москве есть чему поучиться“
15.02.2019
Masallıda təqdimat: “Bizim tanıdığımız Elmira...”
15.02.2019
Masallıda “Xocalı faciəsi qan yaddaşımızdır” mövzusunda inşa müsabiqəsi keçirilib
15.02.2019
Səfir: “Azərbaycanda tolerantlığın yüksək səviyyədə olmasını bütün dünya etiraf edir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info