ABŞ rəsmən Çin hərbçilərini kibercasusluqda təqsirləndirdi
Tarix: 20.05.2014 | Saat: 19:38:00 | E-mail | Çapa göndər


ABŞ rəsmən Çin hərbçilərini sənaye casusluğunda təqsirləndirib. Belə ki, Çin ordusunun beş zabitinə qarşı ABŞ kompüter sistemlərinə müdaxilə və ticarət sirlərinin oğurlanması ilə bağlı ittiham irəli sürülüb.
Hazırda bu, ABŞ hakimiyyətinin haker üsullarının tətbiqi ilə Çinin kəşfiyyat fəaliyyətinə verdiyi ən kəskin reaksiyadır və korporativ kibercasusluqla bağlı ittihamlar xarici hökumətlərin konkret vəzifəli şəxslərinə qarşı ilk dəfədir irəli sürülür.
Çin hakerlərinin diqqətini çəkən obyektlər Pitsburqda yerləşən nüvə, metallurgiya sənayesi, günəş enerjisi sahəsində fəaliyyət göstərən şirkətlər olub. Konkret olaraq söhbət “Alcoa Inc.”, “Allegheny Technologies Inc.”, “United States Steel Corp.”, “Westinghouse Electric Co.”, “SolarWorld AG” şirkətlərindən, eləcə də ABŞ Peyk Sənayesi İşçiləri Həmkarlar İttifaqı (United Steelworkers Union) olub.
Rəsmi Pekin ittihamları rədd edərək onları uydurma adlandırıb və bəyan edib ki, bu cür əməllər ölkələr arasında etimada ziyan vurur. Bundan başqa, Çin Xarici İşlər Nazirliyi internet məsələləri üzrə Çin-ABŞ İşçi qrupunun fəaliyyətini dayandırdığını bildirib.
Skeptiklər qeyd edirlər ki, ABŞ hökuməti təqsirləndirilən şəxslərin Çin tərəfindən təhvil verilməyəcəyinə görə həbs edə bilməyəcək.
Bununla belə, Ağ Ev məsələ ilə bağlı ilk şərhlərlə çıxış edib. Mətbuat katibi Cey Karni deyib ki, Vaşinqton Pekinlə səmərəli münasibətlərin davam etdirilməsinə tərəfdardır və gələcəkdə kibertəhlükəsizliyin pozulması hallarının qarşısını almaq üçün birlikdə çalışmaq niyyətindədir.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.06.2019
Misirlə ABŞ arasında əmtəə dövriyyəsinin səviyyəsi rekord həddə çatıb
18.06.2019
Tramp Pentaqonun yeni başçısını təyin edib
18.06.2019
Angela Merkel Vladimir Zelenski ilə görüş zamanı özünü pis hiss edib
18.06.2019
Yaponiya Səudiyyə Ərəbistanı ilə iqtisadi əməkdaşlığı genişləndirir
18.06.2019
ABŞ İrana görə Yaxın Şərqə əlavə qoşun göndərməyə hazırlaşır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10808

1 Müəllimlərin maaşı artdı - 20 faiz
2 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info