Həmsədrlər bəyanat yaydılar
Tarix: 20.05.2014 | Saat: 19:57:00 | E-mail | Çapa göndər


ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə səfərində məqsəd onların mandatına uyğun olaraq Dağlıq Qarabağ, Kəlbəcər və Laçındakı vəziyyətin icmalı olub. Bu rayonlara baş çəkdikdən sonra həmsədrlər yerli infrastrukturun yaxşılaşdığını görüblər, lakin əhalinin sayının artmasını müşahidə etməyiblər.
Bu barədə həmsədrlərin bölgəyə növbəti səfərinə dair ATƏT-in saytında yerləşdirilən məlumatda deyilir.
Həmsədrlər Sərsəng su anbarına da gedərək onun statusunu və fəaliyyətini müzakirə ediblər. Onlar tərəflərin su anbarından bölgənin xeyrinə birgə istifadəsi barədə razılıq əldə olunacağına ümid etdiklərini bildiriblər. Mayın 19-da həmsədrlər Tərtər yaxınlığındakı təmas xəttini keçiblər və atəşkəs rejiminin pozulmasından təəssüfləndiklərini söyləyiblər. Diplomatların fikrincə, atəşkəs pozuntularının araşdırılması mexanizminin olmaması tərəflərin bir-birini ittiham etməsinə əsas yaradır. Səfər zamanı həmsədrlər Bakı və Yerevanda rəsmi şəxslərlə, eləcə də Dağlıq Qarabağ, Laçın və Kəlbəcərin faktiki yerli rəhbərləri ilə görüşlər keçiriblər. Onlar Bakıda Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri ilə də görüşüblər. Görüş zamanı sülh prosesinin elementləri müzakirə olunaraq qeyd edilib ki, bu elementlər həmsədr ölkə rəhbərlərinin 2009 və 2013-cü illərdə verdikləri birgə bəyanatlarda əksini tapıb.
Xatırladaq ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa), Ceyms Uorlik (ABŞ), ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və yeni fransalı həmsədr Pyer Andrie mayın 16-19-da bölgəyə səfər ediblər
Tural




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Elmar Məmmədyarov Almaniya Bundestaqının üzvü ilə görüşüb
15.02.2019
Qətərli və livanlı jurnalistlər Mətbuat Şurasında olublar
15.02.2019
“Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
15.02.2019
“İnternet media vacib informasiya mənbəyinə çevrilib”
15.02.2019
Ermənistandan azərbaycanlıların qovulması və yəhudilərin köçü

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info