“Qarabağ, Cənubi Osetiya və Krımda baş verənlər beynəlxalq aləmin ciddi müdaxiləsini tələb edir”
Tarix: 20.05.2014 | Saat: 20:37:00 | E-mail | Çapa göndər


BMT-nin İnsan Hüquqları Şurasının məcburi köçkünlərin hüquqları üzrə xüsusi məruzəçi Çaloka Beyani Ağdam rayonunda səfərdə olub. Qonaq əvvəlcə Tərtər rayonunun Mamırlı kəndində məcburi köçkünlərin kompakt şəkildə məskunlaşdığı qəsəbədə onların şəraiti ilə maraqlanıb. Daha sonra qonaq Ağdamın Quzanlı qəsəbəsində məcburi köçkünlər üçün salınmış şəhərciyə, orta məktəbə və bir köçkün ailəsinə baş çəkib.
Jurnalistlərlə söhbət edən Ç. Beyani gördüklərindən təəccübləndiyini bildirib: "Mənim burada gördüyüm insanlar iyirmi ildən çoxdur çox çətin şəraitdə yaşayır. Hətta uşaqlar bu qəsəbələrdə böyüyür. Yeni qəsəbələrin salınması isə sevindiricidir. Bütün bunlara baxmayaraq, onların yenə də ən böyük arzusu doğma torpaqlarına qayıtmaqdır. Çox ümid edirik ki, bu məsələ öz həllini tapacaq və onlar öz doğma torpaqlarına qayıdacaqlar”.
BMT-nin işğalçı Ermənistana təzyiq göstərməməsinə dair suala isə məruzəçi belə cavab verib ki, indi tək BMT-nin yox, bütün dünyanın hərəkətə keçməsinə ehtiyac var: “Prosesin ilkin mərhələlərində işğalçı dövlətə qarşı müəyyən qədər təzyiqlər göstərilmişdi. Sonradan ölkələr arasında münasibətlər bir qədər stabilləşdikdən sonra və müəyyən sülh vəziyyəti yarandığına görə, beynəlxalq ictimaiyyət bir az kənara çəkildi. Mənə elə gəlir ki, beynəlxalq ictimaiyyətin yenidən canlanmasına çox böyük ehtiyac var. Çünki, bu, təkcə Dağlıq Qarabağ problemi ilə bağlı deyil. Mən ötən il Gürcüstanda oldum və orada da Cənubi Osetiya problemi ilə maraqlandım. Həm Dağlıq Qarabağ, həm Cənubi Osetiya, həm də Krımda baş verənlər beynəlxalq aləmin bütün bu məsələlərə ciddi müdaxiləsini tələb edir”.

Ç. Beyani atəşkəs rejiminin tez-tez pozulmasından mülki insanların zərər çəkməsi faktlarına BMT tribunasından diqqət çəkəcəyini də vurğulayıb: “Mülki vətəndaşların öldürülməsi beynəlxalq hüququn pozulması deməkdir, çünki bu insanların hüquqları beynəlxalq hüquqla qorunur. Belə hallar beynəlxalq hüququn pozulması hesab edildiyinə görə, bu məsələ ilə birbaşa BMT-nin insan hüquqları üzrə komissarlığı məşğul olmalıdır. Mən bundan sonrakı hesabatlarımda mütləq bu məsələləri qeyd edəcəyəm və BMT-nin əlaqədar qurumlarını öz mandatlarından istifadə etməyə çağıracağam”.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
“The Washington Times“: Müstəqil Azərbaycan 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi üçün ən yaxşı dəyərdir
19.01.2019
Bakıdakı 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti Zimbabve Prezidentində böyük maraq doğurub
18.01.2019
Azərbaycanın müstəqil siyasətinə heç bir kənar qüvvə təsir edə bilməyəcək
18.01.2019
TÜRKSAM: “Azərbaycanın regionda dəyəri artır”
18.01.2019
Rusiya XİN-dəki ermənipərəstlər Rusiya-Azərbaycan əlaqələrindən narahatdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info