Bakı və Abşeronun inkişafına 100 milyarda yaxın investisiya qoyulacaq
Tarix: 20.05.2014 | Saat: 21:13:00 | E-mail | Çapa göndər


Bakı və Abşeron yarımadasına dövlət investisiyalarının ümumi həcmi 77,14 milyard manata çatacaq. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi saytınn verdiyi məlumata görə, bu barədə 2030-cu ilədək dövrü əhatə edən "Böyük Bakının regional inkişaf planı" layihəsində deyilir.
Layihəyə əsasən, dövlət kapital qoyuluşlarının yarıdan çoxu (37,51 milyard manat) əsas kapitala yönəldiləcək. Vəsaitin daha çox hissəsi Bakının inkişafına ayrılacaq və bu məqsədlər üçün 31,74 milyard manat vəsaitin xərclənməsi planlaşdırılır. Sumqayıtın və Abşeron yarımadasının inkişafına isə müvafiq olaraq 1,63 və 4,14 milyard manat yönəldiləcək.
2030-cu ilədək göstərilən regionun sənaye potensialının inkişafına 19,41 milyard manat ayrılacaq ki, bunun 16,2 milyardı Bakının payına düşür. Bu məbləğdən Abşeronun payına 2,45 milyard manat, Sumqayıta isə cəmi 761 milyon manat düşür.
Nəqliyyat infrastrukturunun və anbar təsərrüfatının inkişafına dövlət investisiyaları 2030-cu ilədək təxminən 5,8 milyard manat təşkil edəcək. Həmin vəsaitlərin böyük hissəsi (5,08 milyard manat) Bakıya, Abşeron rayonu və Sumqayıta isə müvafiq olaraq 643,8 milyon və 78,9 milyon ayrılacaq.
Dövlət yarımadada daşınmaz əmlakla bağlı əməliyyatlara 2,26 milyard manat investisiya qoyacaq ki, bunun da 2,12 milyard manatı yeni mənzillərin tikintisinə ayrılacaq. Bu halda Bakıda 1,4 milyard manat, Abşeron rayonu və Sumqayıtda isə müvafiq olaraq 618,1 milyon və 102,6 milyon manat dəyərində ilkin daşınmaz əmlak tikiləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
İnnovasiyalar Agentliyinin Nizamnaməsi və Strukturu təsdiqlənib
22.02.2019
Dövlət Gömrük Komitəsi növbəti mediatur təşkil edib
22.02.2019
Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib
22.02.2019
Azərbaycanın turizm imkanları Moskvada təqdim olunub
22.02.2019
“Xocalıya ədalət“: İsraildə soyqırımı qurbanlarının anım günü keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info