“Huffington Post“: “Avropada iqtisadi-siyasi böhran faşizmə aparır”
Tarix: 20.05.2014 | Saat: 22:16:00 | E-mail | Çapa göndər


“Almaniya isə Avropadakı böhrandan fayda götürür”

ABŞ-ın "Huffington Post" qəzeti Avropada baş verən maliyyə böhranı fonunda yaranan sosial-psixoloji durum barəsində maraqlı yazı yazıb. Yazıda qeyd edilir: “2007-2008-ci ilin maliyyə kollapsından başlayaraq, altı il davam edən Avropada maliyyə depressiyası bu qitədə ultrasağ partiyalara xal qazandırır. Güman ki, bu partiyalar bu həftə Avropa Parlamentinə keçiriləcək seçkilərdə böyük uğurlara nail olacaqlar. Bu tamamilə məntiqi olacaq, çünki əldən gedən Avropa sağmərkəzçi və solmərkəzçi partiyaları iqtisadi siyasətə və iqtisadiyyatın bərpasında bankların maraqlarına üstünlük verən, bu baxımdan adi adamları istifadə edən siyasətə üstünlük veriblər.
20 il öncə Avropa İttifaqı Maastrixt müqaviləsini – öz konstitusiyasını yaradan vaxt ümid vardı ki, Avropa üçün prioritet vətəndaşların maraqları olacaq. Bu, xüsusilə də ləyaqətli maaşı, ümumi sosial təminatı və var-dövlətin xalqı əldən salmasına imkan verməyən qanunları ilə seçilən Şimali Avropaya aid edilirdi. Amma indi mərkəzçi və sağmərkəzçi hökumətlər aktiv və ya passiv formada iqtisadi siyasəti dəstəkləyirlər. Onlar demək olar ki bütün Avropa paytaxtlarında möhkəmləniblər. Yeganə istisna Fransadır. Amma o, ümumi tendensiyaya qarşı getmək üçün çox zəifdir. Bundan başqa, iqtisadi böhran özü ilə işsizlik gətirib ki, bu da miqrasiyanı stimullaşdırır. Bu isə öz növbəsində yerli əmək bazarına təsir edir, ultrasağ millətçilərə aid fəhlə sinfini sıxışdırır. Buna görə də hazırda Avropada protofaşist partiyalar – antimiqrant, antiislam, antisemit və avroskeptik partiyalar populyarlıqlarına görə bütün liberal cəmiyyətlərdə ikinci və ya üçüncü yerdə qərarlaşıblar. Buraya Norveç, Finlandiyadan tutmuş, Niderland və Fransaya qədər aiddir. Antidemokratik millətçi partiya olan “Fides”in hakimiyyətdə olduğu Macarıstanda isə ekstremist “Yobbik” Partiyası daha çox populyarlıq qazanıb.
Biz yəqin ki, bütün bunları görmüşük. Yüksək işsizlik şəraiti və sərt iqtisadi siyasət həmişə Avropa faşizmi üçün çox əlverişli vasitə olub. Deyək ki, Birinci Dünya savaşından sonra elitalar iqtisadiyyatın real vəziyyətindən çox, valyuta resursları və hərbi borclarla maraqlanıblar. Nəticədə isə demokratya ideyası xalqın gözləri önündə legitimliyini itirib. 1920-ci illərin staqnasiyası 1930-cu illərin depressiyasına çatdıqda isə insanlar demokratiyadan imtina ediblər.
Nasist Almaniyası kimi bir ölkədə böyük banklar və korporasiyalar bu şəraitdən tam razı qalıblar. Klassik faşizm avtokratik dövlətlərin, maliyyə elitalarının və hürküdülmüş sadə insanların ittifaqı olub. Onlar heç nə verməyən demokratiyanı ultramillətçiliyə dəyişməli olublar. İndi də hardasa oxşar hal təkrarlanmaqdadır. Avropa Mərkəzi Bankı və başda Almaniya kansleri Angela Merkel olmaqla, Avropanın siyasi liderləri bankların tələblərini insanların maraqlarından üstün tuturlar. Biz tam faşizmlə hələ qarşılaşmamışıq, amma bunun üçün lazım olan bəzi şərtlər artıq mövcuddur. “Open Europe” təşkilatı tərəfindən keçirilmiş sorğunun nəticələri göstərir ki, Avropa Parlamentinə bu həftə keçiriləcək seçkilərin nəticəsində Avropa Parlamentində antisistem partiyalarına 751 yerdən 218 yer çata bilər. Bu isə deputat mandatlarının 29 faizi deməkdir. Hazırda isə parlamentdə bu göstərici 21 faizdir. Qəribə deyil ki, iqtisadi siyasət Almaniyanın əlinə oynayır. Bu dəfə Almaniyada ultrasağlar elə də güclü deyil, çünki hələ ki almanlar tərəqqi yaşayır. Almaniyaya özünün işsizliyini ixrac etmək müyəssər olur. Amma çətin ki bu, Avropada başqa kiməsə müyəssər olsun. Almaniya elə bir ölkədir ki, bizə gözəl söz olan “schadenfreude”(zərərdən sevinmək) əta edib. Almaniya Avropanın zərər çəkməsindən fayda qazanır. Faşizmlə yaxşı tanışlığına baxmayaraq, almanlar insanların naçar qalacaqları ana aparan proseslərə göz yumurlar”.
Daha sonra bildirilir: “İqtisadi oliqarxlar əməkçi vasitələrin mövcudluğuna son qoyurlar, insanlar isə demokratik mexanizmlərdən bu halda zərər çəkirlər və ultramillətçilərə üz tuturlar. Nəticədə plutokratlarla yoxsulların qəribə alyansı alınır. Bu təhdid barədə hər kəsdən yaxşı Karl Marks yox, Karl Polanyi – 20-ci əsrin tanınmış siyasi filosofu yazıb. 19-cu əsrin bazar elitalarının fəaliyyətində destruktiv tendensiyalar və Birinci Dünya savaşından sonra faşizmə sürüklənmə prosesi barəsində yazan filosof müşahidə edib: Liberal kapitalizm dalanından faşistcə çıxış - bu, demokratik institutların kökünün kəsilməsi bahasına bazar iqtisadiyyatının islahatıdır”.
Daha sonra yazıda Avropadakı sözügedən situasiya barədə digər ekspert və mütəfəkkirlərdən də sitat gətirilir.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Pakistan məhkəməsi Nəvaz Şərifin həbsdən buraxılmasına qərar verib
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb
19.09.2018
Şimali və Cənubi Koreya arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalanıb
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info