Səlim Müslümov: “Əlilliyin müəyyən olunması üçün göndəriş elektron formada olacaq”
Tarix: 20.05.2014 | Saat: 22:23:00 | E-mail | Çapa göndər


Tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası informasiya sisteminin ilkin versiyasının təqdimatı olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əlilliyin müəyyən olunması sisteminin və əlillik təyinatları ilə bağlı aidiyyəti təşkilatlar arasında məlumat mübadiləsinin tam avtomatlaşdırılması məqsədilə yaradılmış informasiya sisteminin ilkin versiyasının təqdimatı olub.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov əlilliyin müəyyən olunması və əlillik təyinatları ilə bağlı aidiyyəti təşkilatlar arasında məlumat mübadiləsi sisteminin tam avtomatlaşdırılmasının nazirliyin əsas fəaliyyət prinsiplərindən biri olduğunu vurğulayıb: “Əsas məqsəd bu sahədə neqativ hallara şərait yaradan məmur-vətəndaş münasibətlərinin aradan qalxmasına, şəffaflığın təmin olunmasına, bununla bərabər, tibbi-sosial ekspertiza xidmətinin müasir tələblərə uyğunlaşdırılmasına xidmət edir”. Nazir bildirib ki, vətəndaşların əlillik vəziyyətinin müəyyən olunması üçün göndəriş formaları (88 nömrəli forma) səhiyyə müəssisələri tərəfindən Tibbi-sosial ekspert komissiyalarına (TSEK) elektron məlumat mübadiləsi sistemi vasitəsilə göndəriləcək. Eyni zamanda, əlillik qrupları almaq üçün müraciət edən vətəndaşların xəstəlik vəziyyətləri, müayinələrinin nəticələri barədə məlumatlar TSEK-lər tərəfindən yeni proqram təminatı vasitəsilə elektron yolla informasiya sisteminə daxil ediləcək: “Bununla da əlillik təyinatı barədə aidiyyəti dövlət orqanına təqdim olunmaq üçün vətəndaşlara kağız arayışların verilməsinə artıq ehtiyac qalmayacaq. Çünki vətəndaş TSEK-in əlillik təyinatı barədə məlumatı əks etdirən kağız formasında arayışını hansı təşkilata təqdim etməlidirsə, müvafiq məlumat həmin təşkilata elektron yolla göndəriləcək. Yəni əlillik təyin olunması barədə məlumatların TSEK-lər tərəfindən aidiyyəti orqanlara elektron yolla, həm də operativ şəkildə göndərilməsi təmin olunacaq”. Nazir tibbi-sosial ekspertiza xidməti əməkdaşlarına yeni proqram təminatı ilə işləmək bacarıqlarının aşılanması üçün Bakı şəhərində, respublikanın rayon və şəhərlərində treninqlərin keçirildiyini qeyd edib.
Nazirliyin Aparatının İnformasiya texnologiyaları şöbəsinin müdiri Elnur Məcidov yeni informasiya sisteminin məzmunu, texniki imkanları, onlardan istifadə qaydaları, məlumat mübadiləsini həyata keçirmək üçün lazımi prosedurlar barədə ətraflı praktik məlumatlar verib.
Tədbirdə qeyd olunan proqram təminatının ilkin versiyasına dair müzakirələr aparılıb, təkliflər verilib. Verilən tapşırıqlara, səslənən təkliflərə uyğun olaraq proqram təminatının təkmilləşdirilməsi işlərinin qısa vaxtda başa çatdırılması və yeni informasiya sisteminin geniş ictimayyətə təqdim olunması nəzərdə tutulur.

İlkin




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
24.09.2018
Avropalı qonaqlar Naxçıvan Dövlət Universitetində
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info