“Rusiya Ukraynanın ərazi bütövlüyünə təminat verə bilməz və verməyəcək”
Tarix: 21.05.2014 | Saat: 00:08:00 | E-mail | Çapa göndər


“Rusiya Ukraynanın ərazi bütövlüyünə təminat verə bilməz və təminat verməyəcək, çünki heç vaxt öz üzərinə belə bir öhdəlik götürməyib”.
Bunu Rusiyanın Baş naziri Dmitri Medvedev “Bloomberg” telekanalına müsahibəsində deyib. "Biz heç nəyə təminat verməməliyik, çünki heç vaxt bu məsələdə öz üzərimizə heç bir öhdəlik götürməmişik. Ancaq biz hesab edirik ki, əsas məsələ - kiməsə nəyəsə dair təminat vermək deyil, Ukrayna ərazisində vəziyyəti sabitləşdirməkdir" - deyə Medvedev bildirib./i>
Rusiyanın baş naziri həmçinin bildirib ki, Rusiyanın Ukraynanın hansısa ərazisini özünə birləşdirmək niyyətinin olduğuna dair iddialar təbliğatdır, Krımdakı vəziyyətlə müqayisə isə yersizdir. Qeyd edək ki, Ukraynanın nüvə statusuna dair 1994-cü il Budapeşt memorandumuna görə, Rusiya, Amerika Birləşmiş Ştatları və Böyük Britaniya Ukraynanın suverenliyinə və təhlükəsizliyinə qarant-ölkələr kimi çıxış etmək öhdəliyini öz üzərinə götürüb. Medvedev xarici tərəfdaşları başqa təminatlar verməyə çağırıb: “Dialoq apardığımız tərəfdaşlarımız, o cümlədən ABŞ və Avropa İttifaqı bizə hər hansı bir təminat versinlər. Məsələn, Ukraynanın daxili işlərinə müdaxilə etməyəcəklərinin təminatını versinlər. Qoy bizim qərbli tərəfdaşlarımız təminat versinlər ki, Ukraynanı Şimali Atlantika alyansına sürüyüb aparmayacaqlar, ölkənin şərq hissəsində yaşayanların rus dilində danışmasına əngəl olmayacaqlar, hansısa «Sağ sektor» adlı təşkilatlar gəlib onları doğramayacaq”. Qeyd edək ki, Avropa İttifaqı və ABŞ Rusiyanı Budapeşt memorandumunu pozmaqda ittiham edirlər. Rusiyanın Xarici İşlər Nazirliyi bu iddiaları təkzib edərək bəyan edib ki, Avropa İttifaqı və ABŞ Ukraynada dövlət çevrilişinin olmasına aktiv şəkildə dəstək veriblər.
Anar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info