Ədliyyə Nazirliyi imtahanların vaxt və şərtlərini açıqladı
Tarix: 21.05.2014 | Saat: 15:33:00 | E-mail | Çapa göndər


Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti test imtahanı iyunun 3-də keçiriləcək.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin Müsabiqə komissiyası bildirir ki, növbəti müsabiqə üzrə test imtahanı iyun ayının 3-də keçiriləcək. Bununla əlaqədar ədliyyə orqanlarında işləmək arzusunda olan hüquqşünaslar üçün cari ilin fevral ayından başlanmış sənəd qəbulu may ayının 26-da başa çatacaq. Artıq 350-dən çox namizəd müsabiqədə iştirakla bağlı müraciət edib.
Şəffaflığın təmin edilməsi, o cümlədən yerli və beynəlxalq müşahidəçilərin tədbiri tam izləmələri məqsədilə imtahan bütün namizədlər üçün vahid auditoriyada - Azərbaycan Texniki Universitetinin İdman sarayında, Bakı şəhəri, A.Sultanova küçəsi, 5 ünvanında saat 10:00-da keçiriləcək. İmtahan yerinə getməyə kömək üçün müvafiq istiqamətləndirici məlumatlar nazirliyin internet səhifəsində yerləşdirilib.
Namizədlər üçün imtahanlara mükəmməl hazırlaşmalarına və yüksək nəticələrə nail olmalarına kömək məqsədilə Ədliyyə Akademiyasında xüsusi proqram əsasında hazırlıq kursu təşkil olunub, test imtahanı və söhbət mərhələsində sualların hazırlanmasında istifadə olunan normativ hüquqi aktlara dair xülasə və "Yaddaş kitabçası" nazirliyin internet səhifəsində yerləşdirilib.
Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni 31 may və 2 iyun tarixlərində saat 09:00-dan 18:00-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə Ədliyyə Nazirliyinin inzibati binasında götürməlidirlər.
Buraxılış rejiminin və yerləşdirilmənin təmin olunması üçün namizədlər imtahana gecikmədən, buraxılış vərəqəsində göstərilən vaxtda gəlməlidirlər. İmtahana gələrkən namizədlər buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsini mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda namizəd imtahana buraxılmayacaq.
Qeyd edək ki, qaydalara əsasən test imtahanının yekununa görə 55 və daha artıq bal toplamış namizədlər uğur qazanmış hesab olunur. Həmin namizədlərin zəruri sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə - söhbətə buraxılacaqlar.
Əlavə operativ məlumatları nazirliyin internet səhifəsindən, eləcə də (012) 538-01-62, (012) 538-08-15 nömrəli telefonlar vasitəsilə almaq olar.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Snayperçilərimiz ən çətin atışları icra edib
22.01.2019
Mehman Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verildi
22.01.2019
Azərbaycan alternativ enerji üzrə bir sıra iri layihələr həyata keçirə bilər
21.01.2019
Dənizdəki tufandan sonra SOCAR-ın istehsalat zənciri bərpa olunub
21.01.2019
“Kalkulyator uşaq” xarici və yerli təhsil müəssisələrindən təkliflər alır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
3 “Mənim güc mənbəyim Bakıdadır”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info