“Bakıda ticarət və gömrük məsələlərinin müzakirəyə çıxarılması sevindirici haldır”
Tarix: 21.05.2014 | Saat: 16:09:00 | E-mail | Çapa göndər


“Bakıda ticarət və gömrük məsələlərinin müzakirəyə çıxarılması sevindirici haldır”.
Bunu Nobel mükafatı laureatı, Nyu-York Universitetinin iqtisadi elmlər professoru Tomas S.Sargent jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, bu tədbirdə gömrük siyasətləri ilə bağlı müzakirələr də aparılacaq: “Bu məsələlər məni çox maraqlandırdığı üçün tədbirdə iştirak edirəm.”
T.S.Sargent qeyd edib ki, iqtisadçılar əsasən üç məsələni daim diqqət mərkəzində saxlayırlar: “Bunlar açıq sərhədlər, azad ticarət və beynəlxalq rəqabətdir. Bunlar da ticarət və gömrük işinin daha da asanlaşdırılmasına və təkmilləşdirilməsinə kömək edən əsas amillərdir.”
Nobel mükafatçısı Bakıya ilk dəfə gəldiyini diqqətə çatdırıb: “Şəhərinizin bu qədər gözəl və ecazkar olması məni dərindən valeh edib. Əvvəllər Bakı ilə bağlı internet vasitəsilə məlumat toplayır və izləyirdim. Bu gün isə şəhəri gördüyüm üçün tamam fərqli təəssürat yaşayıram”.
Qeyd edək ki, Bakıda Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) və Azərbaycan Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı ilə “Bali sazişindən irəli gələrək ticarətin asanlaşdırılması: siyasətin gerçəkləşməsi” mövzusunda Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin I Qlobal Konfransı keçirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib
07.11.2018
Şamaxıda Qaravəlli kənd məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib
07.11.2018
Vərəsələrə verilmiş sığorta ödənişi ilə bağlı təsdiqedici sənədlər ictimaiyyətə təqdim olunub
07.11.2018
Tələbələrə adlı təqaüd təqdim edilib
07.11.2018
“Sağlam məktəbli” layihəsi davam edir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info