Kaliforniya qubernatoru Azərbaycan xalqını təbrik edib
Tarix: 21.05.2014 | Saat: 16:11:00 | E-mail | Çapa göndər


ABŞ-ın Kaliforniya ştatının qubernatoru Cerri Braun Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 96-cı ildönümü münasibətilə Azərbaycan xalqını və Kaliforniyadakı Azərbaycan icmasını təbrik edib.
Azərbaycanın Los Ancelesdəki Baş konsulluğunun yaydığı məlumata görə, qubernatordan Baş konsulluğa daxil olmuş təbrik məktubunda Azərbaycanın zəngin tarixə malik olduğu və Kaliforniyadakı Azərbaycan icmasının, eləcə də bütün dünyada yaşayan azərbaycanlıların öz mədəniyyətləri ilə fəxr etdikləri bildirilir.
Qubernator qeyd edir ki, 28 May - Respublika Günü Kaliforniyadakı Azərbaycan icması üçün böyük önəm daşıyır. Sonda qubernator belə bir günün qeyd olunmasının Kaliforniya mədəniyyətinə və müxtəlifliyinə töhfələr vermiş ənənələrin qorunmasına xidmət etdiyini bildirib və Kaliforniya ştatı adından Azərbaycan xalqını və bütün azərbaycanlıları təbrik edib.
Qeyd edək ki, Demokratlar Partiyasını təmsil edən C.Braun 2011-ci ildən Kaliforniyanın qubernatoru vəzifəsini daşıyır. O, bundan öncə 1975-1983-cü illərdə də eyni vəzifədə çalışmışdı.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Xələf Xələfov Xəzər dənizi məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilib
14.11.2018
Savelyev: “Rusiya ilə Azərbaycanın münasibətləri bu potensialın reallaşdırılmasının parlaq nümunəsidir”
14.11.2018
Bakıda MDB daxili işlər orqanlarının iclası keçirilir
14.11.2018
Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə görüşlər keçirib
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada arzuolunmaz şəxs elan olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info