Azərbaycan və Türkmənistan arasında siyasi müzakirələr aparılıb
Tarix: 21.05.2014 | Saat: 16:52:00 | E-mail | Çapa göndər


Azərbaycan və Türkmənistan arasında əməkdaşlığın siyasi aspektləri müzakirə olunub.
Türkmənistan nümayəndə heyəti "Xarici siyasət kursu və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun beynəlxalq təşəbbüsləri: sülh, təhlükəsizlik və davamlı inkişaf naminə" adlı beynəlxalq elmi konfransda iştirak və Türkmənistanın Bakıdakı səfirliyi tərəfindən hazırlanmış və dərc edilmiş "Türkmənistan: dünyanın və inkişafın strategiyası" kitabının təqdimatı çərçivəsində Azərbaycan Xarici İşlər Nazirliyində (XİN) qəbul edilib. Bu barədə Türkmənistan səfirliyindən məlumat verilib.
Azərbaycanın XİN-də respublikanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevlə Türkmənistan nümayəndə heyətinin görüşü olub.
Nümayəndə heyəti Türkmənistan XİN-in Beynəlxalq Münasibətlər İnstitutunun rektoru, hüquq elmləri doktoru Baba Zahırov və Türkmənistanın Azərbaycandakı səfiri Toyli Komekovla təmsil olunub.
Görüşdə B.Zahırov Türkmənistan XİN rəhbərliyinin Azərbaycanın xarici işlər nazirinə salamlarını çatdırıb.
Daha sonra tərəflər Türkmənistan və Azərbaycan tərəfindən yürüdülən və hər iki ölkənin liderləri - Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən reallaşdırılan iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsinə yönəldilmiş siyasətin xarici siyasi və iqtisadi aspektlərini müzakirə ediblər.
Həmçinin görüşdə Türkmənistan XİN-in Beynəlxalq Münasibətlər İnstitutu və ADA Universiteti arasında memorandumun imzalanması məsələləri müzakirə edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”
21.09.2018
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info