Təbii artımın qorunub saxlanması yolları
Tarix: 21.05.2014 | Saat: 16:55:00 | E-mail | Çapa göndər


Vüqar Bayramov: “Uşaqların sayına uyğun olaraq gəlir vergisindən azadedilmə prinsipinin tətbiqi həyata keçirilə bilər”

Hazırda yerləşdiyimiz regionda ən çox müzakirə edilən məsələlərdən biri də təbii artım problemidir. Azərbaycan müstəqillik əldə edən zaman, 1991-ci ildə ölkəmizdə doğulan uşaqların sayı 190 min nəfərdən çox olub. 2013-cü ildə isə doğulan uşaqların sayı 112 min nəfərədək azalıb. Bu isə o deməkdir ki, keçmiş SSRİ dağılan dövr ilə müqayisədə təbii artım ildə təxminən 80 min nəfər azalıb. Doğrudur, ötən əsrin 90-ci illərinin sonu ilə müqayisədə son ilin yekunları nikibindir: belə ki, həmin dövrdə illik təbii artım 75 minədək azalmışdı.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Vüqar Bayramov deyir ki, Azərbaycan üçün təbii artımın qorunub saxlanması və ən azı müstəqilliyin ilk illəri səviyyəsini çatdırılması olduqca vacibdir: “Aydındır ki, indi ailədə uşaqların optimal sayına münasibət keçmiş ittifaq dövründə olduğu kimi eyni deyil. Bunun kifayət qədər obyektiv və psixoloji səbəbləri var. Məhz bu səbəblər yerləşdiyimiz regionda və hətta bütün MDB ölkələri üzrə təbii artımın azalmasına səbəb olub. İqtisadi faktorlar ilə yanaşı, psixoloji və zamanla dəyişən dəyər səbəblər də təbii artımın aşağı düşməsində az rol oynamır.
Təbii ki, bu artım daha çox iqtisadi məsələdir. Əgər orta əsrlərdə daha çox uşaq daha çox işçi qüvvəsi anlamına gəlirdisə, indi çox ailə üzvü çox xərcdir. Yəni, ailədə uşaqların sayının çox olması artıq ailə büdcəsində gəlir deyil, xərc yaradır. Təbii artımda maraqlı olan dövlətlər isə məhz həmin xərci qarşılamalıdırlar ki, ailələr artımda maraqlı olsunlar. Digər tərəfdən, təbii artım işçi qüvvəsinə olan tələbatın ödənilməsi baxımdan da əhəmiyyətlidir. Əslində, təbii artımın zəif olması səbəbindən hal-hazırda bir sıra inkişaf etmiş ölkələr işçi qüvvəsinə olan tələbin ödənilməsi üçün xaricdən əmək miqrantlarının gəlməsinə şərait yaradırlar”.
Bəs, təbii artımın stimullaşdırılması üçün nələrin edilməsin ehtiyac var? İqtisadi və Sosial İnkişaf Mərkəzinin bu sahədə araşdırdığı fərqli ölkələrin təcrübəsi göstərir ki, təbii artımın dəstəklənməsi üçün stimullaşdırıcı tədbirlərin həyata keçirilməsinə ehtiyac var.
İqtisadçı ekspertin aşağıdakı təklifləri var: “Əvvəlla, Norveç və bir sıra digər inkişaf etmiş ölkələrdə olduğu kimi uşaqların sayına uyğun olaraq gəlir vergisindən azadedilmə prinsipinin tətbiqi həyata keçirilə bilər. Belə ki, bu ölkələrdə ailədə uşaqları sayı 3 və daha artıqdırsa, o zaman valdeynlər gəlir vergisi ödəməkdən azad edilirlər. Bu isə ailədə uşaqların sayının artırılması üçün stimul yaradır. Çünki, bu halda çox uşaq çox xərc anlamına gəlmir. Vergi ödəməməkdən əldə edilən qənaət uşağın xərclərinə yönəldilir.
İkincisi, Rumıniya və bir sıra Mərkəzi Avropa ölkələrində olduğu kimi uşaqların sayı çox olan ailələrə aşağı faizli və uzun müddətli kreditlər, o cümlədən güzəştli ipoteka krediti təklif edilə bilər. Bu zaman, çoxuşaqlı ailə simvolik faizli kredit götürərək hətta özünə biznes belə yaratmaq imkanına malik olur.
Üçüncüsü, əksər Cənubi- Şərqi Asiya ölkələrində olduğu kimi, ailədə uşaqların sayına uyğun olaraq pensiyayaçıxma yaşı müəyyənləşdirilə bilər. Uşaqların sayı 3-dən artıq olduğu halda dünyaya gələn hər bir körpəyə görə valdeynlərin pensiya yaşı azaldıla bilər. Məsələn, 3 uşaqlı ailədə ataya pensiyaya 63 yaşında deyil 61, anaya isə 59.5 deyil 57.5 yaşında çıxma hüququ verilə bilər. Uşaqların sayı 4 olduqda isə daha 2 il azaldıla bilər. Uşaqların sayı 5-dən çox olduqda isə bu saydam çox olan hər körpəyə qədər pensiya yaşı azaldılması 1 il müəyyənləşdirilə bilər.
Dördüncüsü, Rusiya və hətta neftlə zəngin əksər Yaxın Şərq ölkələrində olduğu kimi, uşaq doğulan zaman verilən birbaşa müavinətin məbləği yüksək müəyyənləşdirilə bilər. Verilən vəsait uşağın adına açılmış hesaba köçürülür və valideyn həmin vəsaitin 1/3-dən istifadə etmək hüququ olur. Qalan vəsaitdən isə uşaq böyüdükdən sonra özü sərbəst istifadə edir. Bu zaman, hər bir uşaq doğulan zaman 5 min manat birdəfəlik yardımın edilməsi və onun 66 faizinin depozit kimi uşağın gələcəkdə təhsil və digər məqsədlər üçün istifadə edilməsinə sərf edilər bilər”.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Ukrayna NATO və Avropa İttifaqına üzvlüyə hər an yaxınlaşır
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info