“Die Welt”: “Putin antiqərb birliyi yaradır”
Tarix: 21.05.2014 | Saat: 19:24:00 | E-mail | Çapa göndər


“Putinin və Çin Xalq Respublikasının sədri Si Cinpinin görüşü nə zamansa geostrateji və iqtisadi baxımdan tarixi görüş sayıla bilər”. Bu barədə almanların “Die Welt” qəzetində Kristof Şilts yazır. O, bununla Moskva ilə Pekin arasında yeni Şərq alyansının yaranmasına işarə edib. Müəllif qeyd edib: “Hazırkı məqamda hələ aydın deyil ki, bu alyans öz istiqamətinə görə nə dərəcədə antiqərb olacaq. Amma aydındır ki, Ukraynadakı böhranda birinci olaraq Çin qazanır. Gələcəkdə o, Şərqlə Qərb arasında daha yaxşı jonqlyorluq edəcək ki, milli maraqlarını önə çəksin. İkincisi isə Putin yeni dostlar axtarır. Ukraynada böhran və Moskva ilə Qərb arasındakı münasibətlərdə buzlaşma dönəmi Pekinlə sıx siyasi, iqtisadi və hərbi əməkdaşlığı vacibləşdirir”. Daha sonra qeyd edilir ki, rus təbii qazının Çinə axını - ildə 70 milyard kubmetr qaz ixracının nəzərdə tutulması da əməkdaşlıqdan xəbər verir. Bununla bağlı danışıqlar 10 ildir ölü nöqtədən tərpənməmişdi, amma indi Moskva qazla bağlı bu cür razılaşmanı reallaşdırmağa çalışır: “İndi Qərb tərəfindən mümkün iqtisadi sanksiyaların fonunda Putinə tez uğurlar əldə etmək lazımdır. Bu uğurlar göstərməlidir ki, Moskvanın Qərbə az ehtiyacı var və o, yeni müttəfiqər tapmağa qadirdir. Əgər Putinin təxminləri doğrulsa, Qərbin Rusiyaya təzyiq strategiyası və Krımın ilhaq edilməsinə görə bu ölkənin siyasi təcrid olunması cəhdləri tam məğlubiyyətə uğrayacaq”.

İlkin




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Ərdoğan Tramp və Putinlə razılaşmağa çalışır
21.01.2019
Ukraynada yaşayan azərbaycanlının prezidentliyə namizədliyi qeydə alınıb
21.01.2019
Ermənistana yatırılan sərmayə 11 dəfə azalıb
21.01.2019
Fransada erməni mafiozlara qarşı xüsusi əməliyyat keçirilib
21.01.2019
Erməni politoloq: Paşinyanı çətin günlər gözləyir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
3 “Mənim güc mənbəyim Bakıdadır”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info