Naxçıvan Dövlət Universitetində Sabah qrupları ilə bağlı təqdimat
Tarix: 21.05.2014 | Saat: 19:28:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində Sabah qrupları ilə bağlı təqdimat keçirilib. Universitetin rektoru, əməkdar elm xadimi, professor Saleh Məhərrəmov ölkəmizdə təhsilə göstərilən yüksək qayğıdan danışaraq, “Sabah” qruplarının yaradılmasının əhəmiyyətini açıqlayıb. Yeni qrupların yaradılmasınn təhsilin keyfiyyətinin daha da yüksəldilməsi, müasir tələblərə uyğun kadrların sayının artırılması istiqamətində əhəmiyyətli addım olacağını bildirib. Rektor çıxışında, “Sabah” qruplarının savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən təşkil ediləcəyini, Sabah qruplarının öz ixtisası üzrə peşəkar mütəxəssis kimi yetşmək istəyən tələbələrə geniş imkanlar açdığını qeyd edib. Vurğulanıb ki, sürətlə qloballaşan dünyada müasir baxışlar, yüksək təhsil, bir neçə dil biliyi tələbənin gələcəkdə iş tapmaq, uğurlu karyera qurmaq şansını əhəmiyyətli dərəcədə artırır.
Qeyd olunub ki, bu qrupların yaradılmasında əsas məqsəd azərbaycanlı tələbələrin xarici ali məktəblərdəki tələbələrlə əməkdaşlığı, tədris proqramların təkmilləşdirilməsidir. Sabah qrupuna tələbələr il ərzində qiymətlərinin orta göstəricisi 61-dən aşağı olmayan I kurs tələbələri arasından seçiləcək. Sabah-a qəbul olmaq istəyən tələbə bunun üçün 3 mərhələdən keçməlidir –www.sabah.edu.az saytında elektron qeydiyyata düşmək, 25 xarici dil olmaqla 50 sualdan ibarət “Sabah” imtahanı vermək və sonda müsahibədən keçmək. Bu mərhələləri daha yüksək nəticə ilə keçənlər Sabah qrupunun tələbələri olacaq və ikinci kursdan etibarən ixtisaslarına uyğun baza ali təhsil müəssisəsində təhsillərini davam etdirəcəklər. Sabah qrupları seçilmiş ixtisasın ən yaxşı tələbələrinin və bu ixtisası ən keyfiyyətli tədris edən müəllimlərin görüşdüyü məkan olacaq. Sabah qrupunun məzunu öz ixtisasını ana dili ilə yanaşı, ingilis dilində də mükəmməl biləcək. Qrupun fərqlənən tələbələri xarici ölkələrə təcrübəyə göndəriləcək.
Sonda tələbələrin çoxsaylı sualları cavablandırılıb.
Mina Qasımova
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info