Respublika Günü Tokioda qeyd olunub
Tarix: 21.05.2014 | Saat: 20:28:00 | E-mail | Çapa göndər


Azərbaycanın Yaponiyadakı səfirliyi Tokiodakı “Okura” mehmanxanasında 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edib.
Qəbulda Yaponiyanın dövlət və hökumət qurumlarının nümayəndələri, deputatlar, Tokioda fəaliyyət göstərən diplomatik korpusun təmsilçiləri, elm, mədəniyyət və incəsənət xadimləri, şirkət rəhbərləri, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak ediblər.
Mərasimin əvvəlində Azərbaycanın və Yaponiyanın dövlət himnləri səslənib.
Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi şərəfli yoldan danışıb. O deyib ki, XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ağır sınaqlara sinə gərərək dövlətçiliyini dəyanətlə qoruyub. Qeyd olunub ki, müasir Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətçiliyin inkişafı yolunda inamla addımlayır, özünü doğrultmuş dövlət kimi mövqeyini möhkəmləndirir, ölkədə davamlı siyasi-iqtisadi islahatlar həyata keçirilir. Azərbaycan etibarlı tərəfdaş kimi beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır və ölkəmizin 2012-2013-cü illər ərzində BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi buna bariz nümunədir.
Azərbaycan və yapon xalqları arasında əlaqələrin böyük tarixə malik olduğunu qeyd edən səfir deyib ki, bu əlaqələr Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra yeni müstəviyə qədəm qoyub. İki ölkə arasında münasibətlərin inkişafında ulu öndər Heydər Əliyevin 1998-ci ildə Yaponiyaya səfərinin böyük rol oynadığı diqqətə çatdırılıb və bildirilib ki, həmin səfər zamanı əməkdaşlığın hüquqi bazası yaradılıb. Həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı ildə Yaponiyaya dövlət səfərinin əlaqələrimizin inkişafına böyük töhfələr verdiyi vurğulanıb.
Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu söyləyən səfir deyib ki, Azərbaycan ilə Yaponiya beynəlxalq müstəvidə də daim bir-birini dəstəkləyir. Yaponiya Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və müdafiə edir.
Azərbaycan-Yaponiya Parlamentlərarası Dostluq Liqasının baş katibi, Konstitusiya Komitəsinin sədri, Müşavirlər Palatasının üzvü Kenji Kosaka Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib, əlamətdar bayram münasibətilə Yaponiyanın iqtisadi və maliyyə siyasəti üzrə dövlət naziri, Azərbaycan-Yaponiya Parlamentlərarası Dostluq Liqasının həmsədri Akira Amarinin, eləcə də qrupun bütün üzvlərinin xoş arzularını çatdırıb. K.Kosaka Azərbaycan-Yaponiya münasibətlərinin inkişaf səviyyəsindən məmnun olduğunu bildirib, Azərbaycanın öz müstəqilliyinin bərpasından sonra regionda təhlükəsizliyin və sabitliyin təmin olunması, davamlı iqtisadi inkişaf və tərəqqinin əldə edilməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin misilsiz rolunu vurğulayıb.
K.Kosaka Azərbaycanın zəngin təbii sərvətlərə malik olması ilə yanaşı, qeyri-neft sektorunda böyük potensialının mövcudluğunu qeyd edib, Yaponiyanın Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib.
Mərasimdə Yaponiyanın xarici işlər nazirinin müavini Takao Makino çıxış edib, 28 May-Respublika Günü münasibətilə Azərbaycan xalqına təbriklərini çatdırıb. T.Makino Yaponiya-Azərbaycan münasibətlərinin səviyyəsindən məmnunluğunu ifadə edərək, bu yaxınlarda Azərbaycana səfəri çərçivəsində müxtəlif nazirlik və dövlət qurumlarında görüşlər keçirildiyini, ölkəsinin Azərbaycan ilə iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib. O, səfəri zamanı Azərbaycanın dilbər guşəsi olan İsmayıllı rayonunu ziyarət etdiyini, Azərbaycan-Yaponiya münasibətləri tarixində ilk dəfə olaraq ötən il İsmayıllı və İto arasında qarşılıqlı dostluq əlaqələrinin qurulması barədə məlumat verib.
Əlamətdar gün münasibətilə xoş arzularını ifadə edən T.Makino xalqımıza sülh, əmin-amanlıq və xoşbəxtlik diləyib.
Mərasimdə yapon dilində nəşr olunan “İRS-İsan” jurnalının növbəti nömrəsi tədbir iştirakçılarına təqdim edilib, ziyafət verilib.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Fondun təşkilatçılığı ilə KİV rəhbərləri Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti ilə yaxından tanış olublar
21.02.2019
DİN polis orqanlarında 150 vəzifəyə qəbulla əlaqədar müsabiqə elan edib
21.02.2019
Rusiyalı bloqqerlər Azərbaycanda qış mövsümü haqqında film çəkiblər
21.02.2019
Azərbaycanın İstanbuldakı baş konsulu azərbaycanlı tələbələrlə görüşüb
21.02.2019
Dini liderlər Xocalı ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info