Avropa Milli Olimpiya Oyunlarının rəhbərləri Avropa Oyunlarına hazırlıqla tanış olacaqlar
Tarix: 21.05.2014 | Saat: 21:07:00 | E-mail | Çapa göndər


Azərbaycanda Bakı 2015 Avropa Oyunlarına hazırlıq yüksək səviyyədə aparılır. Məlumata görə, bunu gənclər və idman naziri, Bakı Avropa Oyunları Әməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov "Procter&Gamble" və Bakı Avropa Oyunları Әməliyyat Komitəsi arasında əməkdaşlıq müqaviləsinin imzalanmasına həsr olunan tədbirdə çıxışı zamanı bildirib.
Hazırda oyuna hazırlıqla bağlı infrastrukturun qurulması istiqamətində iş aparıldığını deyən nazir qeyd edib ki, artıq iki testin həyata keçirilməsi ərəfəsindədirlər. Bunların birincisi gənclər arasında yüngül atletika üzrə Avropa çempionatı, ikincisi isə bədii gimnastika üzrə Avropa çempionatıdır: "Sınaq nöqteyi-nəzərindən gördüyümüz hazırlıq işlərini göstərə bilərik. Tofiq Bəhramov adına arena köhnə stadion olsa da, çox gözəldir. Bu stadion təmirdən sonra istənilən yüksək səviyyəli idman tədbirlərinin keçirilməsi üçün hazırdır".
A.Rəhimov deyib ki, bu həftə Avropa Olimpiya Komitəsinin Nikosiyada (Kipr) toplantısı keçiriləcək. Həmin toplantı zamanı Bakı 2015 Avropa Oyunlarının təqdimatı keçiriləcək. Bunu çox vacib tədbir sayan nazirin sözlərinə görə, bu tədbirdə Avropa Milli Olimpiya Oyunlarının rəhbərləri iştirak edəcəklər. Onlar tədbirdə Azərbaycanın bu oyuna hazırlıq işləri ilə tanış olacaqlar. "Bilirsiniz ki, bir müddət əvvəl Bakıda Əlaqələndirmə Komitəsinin iclası keçirilmişdi. Biz çox sevindik ki, apardığımız işlərə yüksək səviyyədə qiymət verildi".
Tural




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
Azərbaycan “Ordu-2019” Forumunda öz ekspozisiyasını təqdim edəcək
24.05.2019
Qars şəhərində Azərbaycan-Türkiyə qardaşlıq yürüşü keçirilib
24.05.2019
“Siyasi repressiya qurbanları mu­zeyi“nin açılışı olub
24.05.2019
“I2B – İdeyadan Biznesə” layihəsi çərçivəsində Şəkidə startap turu keçirilib
24.05.2019
“Yevlax şəhidləri şəhid övladlarının gözü ilə“ adlı tədbirlərin keçirilməsi” layihəsinin təqdimatı keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info