Eks-prezidentə 3 il həbs cəzası verildi
Tarix: 21.05.2014 | Saat: 21:12:00 | E-mail | Çapa göndər


Qahirə Cinayət Məhkəməsi ölkənin sabiq prezidenti Hüsnü Mübarəki dövlət vəsaitlərini mənimsəmə ittihamı ilə 3 il müddətinə azadlıqdan mərhum edib. Bu barədə “İTAR-TASS” xəbər yayıb. Gücləndirilmiş rejimdə həbs cəzası ilə yanaşı, Mübarək 21 milyon Misir funtu (3 milyon dollar) məbləğində cərimə də ödəməlidir.
Sabiq Prezidentin iki oğlu - Əla və Camal hər biri 4 il müddətinə azadlıqdan məhrum edilib.
Hüsnü Mübarək və onun övladları barəsində korrupsiya işi üzrə məhkəmə prosesi bu il fevralın 19-da başlayıb. Dinləmələr zamanı dövlət xəzinəsindən prezident saraylarının bərpasına ayrılan 125 milyon Misir funtunun (təxminən 18 milyon dollar) oğurlanması məsələsinə baxılıb. Müttəhimlər həmin vəsaiti mənimsəməkdə ittiham ediliblər. Hüsnü Mübarək bütün ittihamları rədd edərək onların heç bir əsası olmadığını bəyan edib.
Sabiq dövlət başçısı və övladlarının adları 2011-ci il yanvar inqilabı günlərində nümayişçilərin öldürülməsi ilə bağlı hay-küylü ittihamda da hallanır.
Keçən ilin yazında qəbul edilmiş apelyasiyadan sonra bu işə yenidən baxılmağa başlanıb, ancaq artıq bir neçə ay sonra ölkədə baş verən siyasi hadisələr - kütləvi etiraz aksiyaları, "Müsəlman qardaşlar"ın hakimiyyətindən kənarlaşdırılması bir çox məsələdə ictimaiyyətin Mübarəkə münasibətini dəyişdirdi.
Nəticədə artıq iki ilə yaxın dövrdə həbsdə qalan Mübarək barəsində həbs qətimkan tədbiri dəyişdirildi, o, hərbi hospitala köçürüldü. Məhkəmə iclasları hələ də davam edir, lakin onlar qapalı rejimdə keçirilir. Bütün bu illər ərzində Mübarəkin günahının birbaşa sübutu yoxdur və tapılmayıb. Əksinə, şahidlərin hamısı bir səslə Mübarəkin bir dəfə də olsun atəş açmaq əmri vermədiyini iddia edirlər.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
“The Washington Times“: Müstəqil Azərbaycan 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi üçün ən yaxşı dəyərdir
19.01.2019
Bakıdakı 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti Zimbabve Prezidentində böyük maraq doğurub
18.01.2019
Azərbaycanın müstəqil siyasətinə heç bir kənar qüvvə təsir edə bilməyəcək
18.01.2019
TÜRKSAM: “Azərbaycanın regionda dəyəri artır”
18.01.2019
Rusiya XİN-dəki ermənipərəstlər Rusiya-Azərbaycan əlaqələrindən narahatdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info