“Azərbaycanın Avropanın enerji sistemində rolu artacaq”
Tarix: 21.05.2014 | Saat: 21:27:00 | E-mail | Çapa göndər


Azərbaycanın energetika naziri Natiq Əliyev Avropa Şurasının baş katibi Tyorbörn Yaqlandın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Energetika Nazirliyindən verilən məlumata görə, T.Yaqlandın rəhbərlik etdiyi nümayəndə heyətinə Avropa Şurası Nazirlər Komitəsinin katibi Mirey Pölüs, baş katibin Şəxsi Ofisinin direktoru Byorn Berq, Proqramlar üzrə direktor Verena Teylor və digər rəsmi şəxslər daxil olub.
Görüşdə ölkəmizlə bu mötəbər təşkilat arasındakı əməkdaşlığın sürətlə inkişaf etməsindən məmnunluq ifadə edilib. Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illərdə Azərbaycanın qazandığı sosial-iqtisadi uğurlar, həyata keçirilən mühüm infrastruktur layihələri, qeyri-neft sektorunun inkişafı və ölkədə hökm sürən əlverişli biznes və investisiya mühiti barədə qonaqlara məlumat verən N.Əliyev ölkəmizin regional və beynəlxalq əhəmiyyətli layihələrdə fəal iştirak etdiyini, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını, ölkə iqtisadiyyatının sürətlə inkişaf etdiyini və bunun nəticəsi kimi Azərbaycanın regionun lider ölkəsinə çevrildiyini bildirib. Qonağa Azərbaycanın iştirakçısı olduğu beynəlxalq enerji layihələri, eləcə də Avropaya neft-qaz ixracını həyata keçirməyə imkan verəcək planlaşdırılan yeni layihələr barədə məlumatlar verilib.
T.Yaqland isə ölkəmizə səfərindən və Avropa Şurası ilə Azərbaycan arasında çoxşaxəli əməkdaşlığın mövcud vəziyyətindən məmnun olduğunu vurğulayıb. O, Azərbaycanın istər enerji istehsalçısı, istərsə də tranzit ölkə kimi Avropanın enerji sistemində rolunun artacağına əminliyini bildirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Mətbuat milli maraqları müdafiə edir
13.11.2018
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb
13.11.2018
AYİB-in maliyyə dəstəyi ilə Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırılıb
13.11.2018
Heydər Əliyev Beynəlxalq Aeroportu 3,8 milyon sərnişinə xidmət göstərib
13.11.2018
İqtisadiyyat naziri: Qeyri-neft sektorunun 3,9 faiz artacağı proqnozlaşdırılır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info