Niderlandda keçirilən seçkidə azərbaycanlı xanım qalib gəlib
Tarix: 21.05.2014 | Saat: 21:48:00 | E-mail | Çapa göndər


Azərbaycanlı tələbə Mədinə Həşimova Niderland Krallığının Hanzehogesçool Universitetinin tələbələri arasında keçirilən seçkidə qalib gəlib. Bu haqda Hanzehogesçool Universiteinin Hüquq fakültəsinin 3 kurs tələbəsi olan M. Həşimova özü, eksklüziv olaraq qəzetimizə məlumat verib.
Qeyd edək ki, bu seçkilərin əsas məqsədi fəal, savadlı tələbələri axtarıb tapmaq, gələcəkdə Niderland siyasətinə hazırlamaqdır. M. Həşimova seçki haqda təəssüratlarını belə bildirib: “Bizim universitetdə tələbələr öz aralarında siyasi partiyalara bənzər təşkilatlar yaradırlar. Öz proqramlarımızı hazırlayıb seçkiqabağı tələbələrə paylamışdıq. Seçki kampaniyası mayın 6-dan 19-a kimi davam etdi. Seçki, internet üzərindən aparıldı. 9 yer uğurunda gedən mübarizədə 8-nin qalibi biz olduq”.
Nəzərə çatdıraq ki, seçkidə 1-ci sırada ən çox səs toplayan M. Həşimova olub. O deyib ki, bundan sonra bir sıra işlər görəcəklər: “Rektorluqla əlaqə yaradıb tələbələr adından tələbələrin problemlərin həll edəcəyik. Eyni zamanda Parlamentə dəvət olunub qanun dəyişməsində və hazırlanmasında məsləhətlər alıb, dinləmələrdə iştirak edəcəyik”.
M. Həşimova bu uğurunun Azərbaycanın Niderlandda tanınmasına da böyük köməkliyi olacağını vurğulayıb: “Biz azərbaycanlı olaraq hər bir milli məsələmizdə maksimum dərəcədə Azərbaycan üçün əlimizdən gələni edəcəyik. Mənim azərbaycanlı olmağımı təşkilat üzvləri, eləcə də universitet rəhbərliyi bilirlər. Bu da gələcəkdə siyasətlə məşğul olacaq tələbələrin Azərbaycan haqqında məlumatları olması, Azərbaycanın daha çox dostlarının olması deməkdir. Bu həm də Niderlandla Azərbaycan arasında dostluğun artması, haqq səsimizin avropalılara çatdırılması deməkdir”.
Xatırladaq ki, M. Həşimova “Hollandiyada Azərbaycan Evi" təşkilatının sədri Elxan Mirhəşimlinin qızıdır.
Fuad




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar
19.11.2018
Noyabrın 22-i Azərbaycan ədliyyəsinin yaranmasının 100 illiyidir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info