Növbəti Beynəlxalq Peterburq İqtisadi Forumunun mövzusu bəlli olub
Tarix: 21.05.2014 | Saat: 22:12:00 | E-mail | Çapa göndər


XVIII Beynəlxalq Peterburq İqtisadi Forumunun "Müasir media: transformasiyanın qlobal tendensiyaları və perspektivləri" adlı sessiyasında müasir kütləvi informasiya vasitələri (KİV) ilə bağlı məsələlər müzakirə olunacaq. Bu barədə tədbirin təşkilatçılarının saytında məlumat verilir. Beynəlxalq Peterburq İqtisadi Forumu Rusiya Prezidenti Vladimir Putinin himayəsi altında keçirilir. İllik forumun keçirilməsində məqsəd Rusiya və bütün dünya birliyi qarşısında dayanan aktual məsələlərin müzakirəsidir.
Forum mayın 22-24-də Sankt-Peterburq şəhərində keçiriləcək.
Tədbirdə müxtəlif ölkələrin 6 mindən çox siyasi və biznes dairəsinin nümayəndələri, tanınmış alimlər, ictimaiyyət və KİV təmsilçiləri iştirak edəcəklər.
XVIII Beynəlxalq Peterburq İqtisadi Forumuna dünyanın 40-dan çox aparıcı KİV və informasiya agentliyinin, rəhbərləri dəvət olunublar.
Sankt-Peterbuqrdakı forum çərçivəsində İTAR-TASS-ın təşəbbüsü ilə Dünya Media və İnformasiya Agentlikləri Rəhbərlərinin Konfransı da keçiriləcək.
Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycan iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunacaq.
Forum çərçivəsində qlobal biznes liderlərinin sammiti, eləcə də "İnkişafın stimullaşdırılması üçün risklərin idarə olunması", "Rusiyanın rəqabət potensialının açıqlanması", "Yeni texnologiyaların idarə olunması və dəyişikliklərə uyğunlaşma" mövzularında panel sessiyalar, "dəyirmi masa"lar, teledebatlar və brifinqlər keçiriləcək.
Qeyd edək ki, 1997-ci ildən başlayaraq keçirilən Beynəlxalq Peterburq İqtisadi Forumu biznes sahəsində dünyanın nüfuzlu tədbirlərindəndir. Hər il 60-dan çox ölkənin dövlət, biznes və elm dairələrinin nümayəndələrinin iştirakı ilə keçirilən forumda dünya iqtisadiyyatı, maliyyə sistemi, yeni texnologiyalar, biznes modelləri və s. məsələlər ətrafında müzakirələr aparılır.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info