Qaradağ rayon rus icmasının hesabat-seçki yığıncağı keçirilib
Tarix: 21.05.2014 | Saat: 22:13:00 | E-mail | Çapa göndər


Bu gün Qaradağ Rayon İcra Hakimiyyətinin inzibati binasında rayonun rus icmasının hesabat-seçki yığıncağı keçirilib.
Tədbir iştirakçıları əvvəlcə rayon İcra Hakimiyyətində yerləşən ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək öz dərin ehtiramlarını bildiriblər.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Azərbaycan Respublikası rus icmasının rəhbəri, Milli Məclisin deputatı Mixail Zabelin, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov və rus icmasının üzvləri iştirak edib.
Tədbirdə ilk öncə dövlət himnimiz səslənib.
Yığıncaqda Qaradağ rayonu rus icmasının rəhbəri Natalya Paramanova icmanın ötən ildəki fəaliyyətinə dair hesabatla çıxış edərək görülən işlərdən ətraflı danışıb.
Sonra hesabat ətrafında çıxışlar olub. Çıxış edən Azərbaycan Respublikası rus icmasının rəhbəri, Milli Məclisin deputatı Mixail Zabelin ölkəmizin tolerantlıq və sabitlik məkanı olduğunu bildirib.
Deputat qeyd edib ki, Azərbaycan dünyada yeganə dövlətlərdəndir ki, burada digər xalqların və konfessiyaların nümayəndələri birgə, sülh şəraitində yaşayırlar.
Qaradağ rayonu rus icmasının üzvləri də çıxış edib uğurlardan danışaraq, icmanın ötən ilki fəaliyyətinə dair hesabatı qənaətbəxş hesab ediblər.
Sonra Qaradağ rayonu rus icmasının idarə heyətinin üzvləri və Azərbaycan Respublikası rus icmasının sentyabrda keçiriləcək növbəti qurultayına nümayəndələr seçilib. Natalya Paramanova isə yekdilliklə növbəti müddətə rayonun rus icmasının sədri seçilib.
Yekunda çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının müavini Təranə İsmayılova rus icmasının fəaliyyətini yüksək qiymətləndirərək 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdaraq xalqlar və dinlərarası münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırıldığını qeyd edib. Təsadüfi deyil ki, son illərdə ölkəmizdə dini tolerantlıq mövzusunda bir sıra beynəlxalq tədbirlərin keçirilməsi, ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın mədəniyyətlərarası dialoq üçün mərkəzə çevrilməsini aparılan uğurlu siyasətin nəticəsi kimi vurğulanıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.08.2019
Kəlbəcərlilər 577 hektar sahədə əkin aparıb
18.08.2019
Abşeron rayonunda sənaye məhsulunun həcmi 54 faiz artıb
17.08.2019
Sabah ölkə ərazisində havanın temperaturu 40 dərəcəyə yüksələcək
17.08.2019
Ağdamda şəhid Nadir Şükürovun xatirəsi anılıb
16.08.2019
Azərbaycan sərhədçiləri təmas xəttində bir sıra istiqamətlərdə strateji əhəmiyyətli mövqeləri tutub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10860

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info