Gənc özbəkləri Suriya yolundan necə döndərməli?
Tarix: 22.05.2014 | Saat: 00:46:00 | E-mail | Çapa göndər


Suriyada döyüşən, “İslam ekstremizmindən ölkəni müdafiə etmək istəyən” daha bir qruplaşma Özbəkistan təhlükəsizlik xidmətlərinin diqqətini cəlb edib. Ekspertlər bu qrupun "Əl-Qaidə" nin halqalarından biri olduğunu və «Camaat Sabiri» adı altında yığcam şəkildə vuruşan 100-dən artıq mücahiddən təşkil olunduğunu bildirirlər. Bu qruplaşmanın təməlini Orta Asiya, Çeçenistan və Dağıstandan getmiş miqrantlar təşəkkül edirlər.
“Bizim məlumatlara görə," Camaat Sabiri "nin tərkibində bu gün 100-dən artıq döyüşçü var. Onların əksəriyyəti Orta Asiyadan, müəyyən qismi isə Dağıstan və Çeçenistandan gəlmiş döyüşçülərdir”. Bu sözləri Özbəkistan təhlükəsizlik xidmətinin nümayəndəsi bildirib.

Bu ilin fevralında "Camaat Sabiri" "Əl Qaidə" ilə bağlılığı və “İraq İslam Dövləti - Levant” qarşısındakı öhdəliyini açıqlayıb. Bu qruplaşmanın üzvləri müxtəlif yollarla, əsasən də Pakistan və Türkiyədən keçməklə Suriyaya daxil olurlar.
“Suriyaya daşınma - bu, adi, bəzilərinə asan görünən bir əməliyyat deyil, burada ciddi bir qüvvə var. Onların inkişafına, maliyyələşdirilməsinə şərait yaradır”. Bunları Özbəkistan Daxili İşlər Nazirliyinin əməkdaşı Alişer Yusuphanov bildirib.
Onun sözlərinə görə, MDB ölkələrinin hüquq-mühafizə orqanları terrorun yayılmasının qarşısının alınmasında, terror təşkilatı üzvlərinin müəyyən edilməsində fəal əməkdaşlıq etməlidirlər: “Biz öz kanallarımız vasitəsilə terroristlərin sıralarında döyüşən özbəklərin müəyyənləşməsinə aydınlıq gətirməyə çalışdıq. Bizdə olan məlumata görə, Suriyaya göndərilən əlavə qüvvələrin əsasını Qırğızıstanın Oş vilayətində yaşayan özbəklər təşkil edir. Bu regionda dindarlar çoxluq təşkil edirlər, burada qeyri-formal şəbəkələr, qeydə alınmamış İslam dairələri fəaliyyət göstərir. Biz bu sahədə qırğız həmkarlarımızla bu məsələ ətrafnda fəal əməkdaşlıq edirik”.
Qeyd edək ki, sadə özbəklər Suriyada silahlı döyüşdə iştirak ehtimalına dəhşətlə yanaşırlar. “Özlərini “iman üçün döyüşənlər” kimi təqdim edənlər böyük günah işlədirlər. Bu, bağışlanmaz günahdır”. Bunu Daşkənd məscidinin imamı Abdulhay bildirir və əlavə edir ki, hər addım, hər bir günahsız insanın qətlə yetirilməsi onları İslamdan, müsəlmançılıqdan uzaqlaşdırır. “Din adı altında “döyüşmək” bu insanların vicdansız niyyətləri üçün bir vasitədir". Bunları isə Daşkənd İslam Universitetinin müəllimi Uyqun Qafurov bildirib. “İslamçı din xadimləri tez-tez ümidsizliyə qapılırlar. Bu, əsasən, onların dini savadsızlığı və işsizliyi ilə əlaqədardır. Əksər hallarda, din xadimlərinin çoxu ərəb dilini öyrənmədiklərinə görə, “Quran”ı sərbəst oxuya bilmirlər. Ona görə də başqalarından eşitdikləri yanlış fikirləri də “Quran” ayəsi kimi təqdim edirlər. Həddindən artıq ambisiyalı, problemlərinin həlli qarşısında aciz qalanlar bu yola tez düşürlər”. Bu isə politoloq, şərqşünas Linara Yuldaşevanın mövqeyidir.
Ekspertlər hesab edir ki, terror qrupları fərqli fikirlər altında, bu yola düşənlərə qanunsuz xidmətlər təklif edirlər. “Camaat Sabiri”yə oxşar kiçik qruplar Suriyada yağışdan sonrakı göbələklər kimi meydana çıxmaqdadır və əlbəttə ki, onlar özlərini "Əl-Qaidə"nin bir hissəsi kimi təqdim etməklə, maliyyə vəsaitindən kənarda qalmaq istəmirlər. Hər bir terrorist qrup özünə sponsor tapır . Bu da alınmayanda ibtidai reketlər tərəfindən maliyyələşdirilir.
Beləliklə, Özbəkistan təhlükəsizlik qüvvələrinin fəaliyyətinin nəticəsidir ki, gənc özbəklərin Suriyadakı qanlı döyüşlərə qatılmasının qarşısı qismən də olsa, alınır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info