AMEA-nın yeni açılmış Mərkəzi Kitabxanasında rusiyalı qonaqlarla görüş
Tarix: 22.05.2014 | Saat: 01:05:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə AMEA-nın yeni açılmış Mərkəzi Kitabxanasında rusiyalı qonaqları qəbul edib.
Mərkəzi Kitabxanadan verilən xəbərə görə, Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvidkoy, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə ilə görüşdə Rusiya-Azərbaycan mədəni əlaqələri müzakirə olunub. Sonra İnformasiya Resursları Mərkəzinin direktoru Leyla İmanova qonaqları Mərkəzi Kitabxana ilə tanış edib. Qonaqlar kitabxananın sərgi zalında dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilinə tərcümə edilmiş nəşrləri, elmi nəşrlər, Azərbaycan Milli Ensiklopediyasının Azərbaycan və rus dillərindən çapa verilmiş ilk cildləri, Nobel mükafatı laureatlarının əsərləri ilə tanış olublar. L. İmanova İnformasiya Resursları Mərkəzi və onun fəaliyyət perspektivləri haqqında da məlumat verib.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info