Qiymətli kağızlar bazarı üzrə tvinninq layihəsi yekunlaşıb
Tarix: 22.05.2014 | Saat: 01:09:00 | E-mail | Çapa göndər


Avropa Birliyi (AB) tərəfindən maliyyələşdirilən və Polşanın Maliyyə Nəzarəti Agentliyi tərəfindən həyata keçirilən “Azərbaycan Respublikasının qiymətli kağızlar bazarı üzrə qanunvericiliyinin AB qanunvericiliyinə uyğunlaşdırılması və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin institusional inkişafı” adlı tvinninq layihəsi yekunlaşıb.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı deyib ki, layihənin icrası ilə Azərbaycanın qiymətli kağızlar bazarının qlobal bazarlara inteqrasiyası üçün zəruri hüquqi bazanın əsasları formalaşıb. Bundan başqa, qiymətli kağızlar bazarının tənzimlənməsi və bazara nəzarət funksiyasının yerinə yetirilməsi üçün QKDK əməkdaşlarının təcrübəsinin artırılmasına dəstək verilib, AB direktivlərinin tələblərinə müvafiq olaraq təkmilləşdirilmiş yeni tənzimləyici çərçivə barədə qiymətli kağızlar bazarı iştirakçılarına ətraflı məlumat verilib. R.Aslanlı əlavə edib ki, bu layihə çərçivəsində həyata keçirilən bütün tədbirlər Dövlət Komitəsinin tənzimləmə mühitinə yeni impuls verib: “Əgər ötən il Azərbaycanın qiymətli kağızlar bazarının dövriyyəsi 9 milyard manat idisə, bu ilin ilk dörd ayı ərzində bu rəqəm 5 milyard manat olub”. AB-nin Azərbaycan nümayəndəliyinin rəhbəri xanım Malena Mard isə öz növbəsində bildirib ki, layihənin icraçısı Polşa Maliyyə Nəzarəti Agentliyi olub. O qeyd edib ki, layihə icra olunan dövrdə polşalı mütəxəssislər Azərbaycan qanunvericiliyinin AB qanunvericiliyinə uyğunlaşdırılması istiqamətində çalışıblar. M.Mard layihənin icraçısı kimi Polşanın seçilməsinin təsadüfi olmadığını söyləyib: “Kapital bazarının inkişafı nöqteyi-nəzərdən Polşanın keçdiyi yol Azərbaycanın keçdiyi yola bənzəyir. Buna görə də Avropa İttifaqı üzrə tərəfdaş kimi məhz Polşa seçilib. Layihə ərzində Polşa təcrübəsini öyrənmək və onun Azərbaycanda tətbiq edilməsi çox uğurlu olub”. Tədbirdə Polşanın Maliyyə Nəzarəti Agentliyi tərəfindən layihə rəhbəri İlona Pijinska-Çerni və layihə rəhbərinin müavini Coanna Lipovçanın “Layihənin nailiyyətləri” mövzusunda təqdimatı olub. Agentliyin nümayəndəsi Marçin Paçuçki isə “Bazar transformasiyasının əsas elementləri” adlı təqdimatında iqtisadi inkişafa öz töhfəsini verə biləcək kapital bazarlarının səmərəli fəaliyyət göstərməsi və Polşa təcrübəsindən bəhs edib.
İlkin




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Türkiyə mediası: “Star” zavodu satış üçün istehsala yanvarda başlayacaq”
14.11.2018
Büdcə haqqında qanun layihəsi birinci oxunuşda təsdiq edilib
14.11.2018
ABŞ nəşri: “Bakı Limanı İpək Yolunda ticarət üçün əhəmiyyətli bir dəhlizdir”
14.11.2018
Türk Hava Yolları: Yüklənmə səviyyəsi oktyabr ayında 83,4%-ə çatıb
14.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasının məzunları komitədə işlə təmin olunublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info