Beynəlxalq Qida Sənayesi Sərgisində 242 şirkət iştirak edəcək
Tarix: 22.05.2014 | Saat: 01:28:00 | E-mail | Çapa göndər


Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə 20-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi (WorldFood Azerbaijan - 2014) Sərgisi ilə bağlı mətbuat konfransı keçirilib. Aqrar sahənin inkişafından, islahatların uğurla aparılması üçün yaradılan hüquqi bazadan danışan kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev sərginin əsas məqsədinin biznes üçün tərəfdaşlar tapmaq, mövcud işgüzar münasibətləri daha da möhkəmləndirmək və yeni məhsul növlərini tanıtmaq olduğunu deyib.
Bildirilib ki, “WorldFood Azerbaijan” sərgisi 20 ildir qida sənayesinin peşəkarları, eləcə də ərzaq məhsulları, içkilər və istehlak mallarını istehsal, ixrac və idxal edən şirkətlər üçün ideal iş meydançası kimi fəaliyyət göstərir.
Tədbirdə vurğulanıb ki, mayın 22-24-də Bakı Ekspo Mərkəzində keçiriləcək sərgi öz yubileyini 242 iştirakçı şirkətlə qarşılayır. Sərgidə ilk dəfə olaraq dünyanın 36 ölkəsindən nümayəndələr iştirak edəcək. Bu siyahıda MDB və Avropa ölkələrindən olan şirkətlər çoxluq təşkil edir. İştirakçıların sayına görə liderlik edən ölkə isə Türkiyədir. Sərgidəki milli stendlərdə İran, İtaliya, Latviya və Estoniya şirkətlərinin məhsulları ilk dəfə nümayiş olunacaq.
Regionlarda ən yeni avadanlıq və istehsal texnologiyalarının tətbiqini təmin etmək məqsədi ilə iştirakçılar öz məhsullarını üç əsas istiqamətdə nümayiş etdirəcəklər: qida sənayesi, içkilər və ərzaq texnologiyaları. Sərgidə ət, balıq, qənnadı və çörək-bulka məmulatları, habelə meyvə-tərəvəz, içkilər, yağ-piy məhsulları, o cümlədən konservləşdirilmiş məhsullar və dondurulmuş yarımfabrikatlar təqdim olunacaq, həmçinin qida sənayesi üçün avadanlıqlar nümayiş etdiriləcək.
Nigar




 
Bölməyə aid digər xəbərlər
30.03.2020
DİN: Xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət edilir
30.03.2020
AMEA əməkdaşları əməkhaqqı saxlanılmaqla məzuniyyətə göndərilir
30.03.2020
Millət vəkili krediti olanlara 3 ay möhlət verilməsini təklif edib
30.03.2020
Azərbaycanda prokurorlara yeni səlahiyyətlər verilir
30.03.2020
Əlilliyi olan şəxslər evlərində reabilitasiya vasitələri ilə təmin ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11486

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info