Bakıda keçirilən beynəlxalq konfrans davam edir
Tarix: 22.05.2014 | Saat: 16:14:00 | E-mail | Çapa göndər


Bakıda keçirilən Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) və Azərbaycan Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı ilə “Bali sazişindən irəli gələrək ticarətin asanlaşdırılması: siyasətin gerçəkləşməsi” mövzusunda ilk qlobal konfrans bu gün də davam edir. Məlumata görə, konfransa 65 ölkədən 200-dək nümayəndə, o cümlədən iqtisadi elmlər üzrə 3 Nobel mükafatı laureatı qatılıb.
Bu gün konfransın ikinci günü əsas məruzə ilə iqtisadi elmlər üzrə Nobel mükafatı laureatı, Stenford və Harvard universitetlərinin iqtisadi elmlər professoru Alvin E. Rof çıxış edib. Daha sonra “ÜTT Bali razılaşmaları və bunların gömrük və işgüzar fəaliyyətə təsiri”, “Ticarətin asanlaşdırılmasının regional faydası”, “Gömrük-elm tərəfdaşlığı”, “Gömrük-biznes tərəfdaşlığı”, “İnnovasiyalar və ticarətin asanlaşdırılması”, “Doktorluğa namizədlər və tədqiqat aparan praktikantlar”, “Ticarətin asanlaşdırılması qarşısında dayanan maneələr”, “Ticarətin asanlaşdırılmasının regional perspektivləri”, “Fövqəladə və təbii fəlakət hallarında yardımın göstərilməsi zamanı ticarətin asanlaşdırılması” mövzularında məruzələr dinlənilib.
Sabah konfransın sonuncu iş günü ABŞ daxili təhlükəsizlik nazirinin beynəlxalq işlər üzrə müavini dr. Alan Bersinin əsas məruzəsi ilə başlayacaq, sonra isə plenar çıxışlara yer veriləcək.
Bundan başqa, INCU və Avropa Port İcma Sistemləri Assosiasiyası (“EPCSA”) arasında anlaşma memorandumunun imzalanması gözlənilir. Konfrans iştirakçıları Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisi ilə də tanış olacaqlar.
Qeyd edək ki, dünən konfransın açılışında Azərbaycan baş nazirinin müavini Abid Şərifov, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və INCU prezidenti, prof. Devid Uiddouson iştirak ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
30.03.2020
DİN: Xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət edilir
30.03.2020
AMEA əməkdaşları əməkhaqqı saxlanılmaqla məzuniyyətə göndərilir
30.03.2020
Millət vəkili krediti olanlara 3 ay möhlət verilməsini təklif edib
30.03.2020
Azərbaycanda prokurorlara yeni səlahiyyətlər verilir
30.03.2020
Əlilliyi olan şəxslər evlərində reabilitasiya vasitələri ilə təmin ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11486

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info