Rusiya “bulud” data mərkəzləri yaradır
Tarix: 22.05.2014 | Saat: 16:37:00 | E-mail | Çapa göndər


“Deutsche Telekom”un törəmə şirkəti olan “T-Systems” Rusiyada “VMware vCloud” üzərində virtual data mərkəzləri (vCloud Datacenter Services) istifadəyə verir.
Bu həll, müştərinin ona ayrılan infrastrukturu müəyyən sərhədlərdə “VMware” və ya “API” özünəxidmət portalları vasitəsi ilə çevik idarəetməyə imkan verən virtual hesablama mərkəzlərindən (vDC) ibarətdir.
“VMware” şirkəti ilə strateji tərəfdaşlıq sayəsində sifarişçinin şəxsi infrastrukturu asanlıqla “Т-Systems”in data mərkəzləri ilə birləşə bilər. Bu arada məlumatlar etibarlı təhlükəsiz ayrılmış qoşulma vasitəsi ilə ötürülür, “T-Systems”in Rusiyada yerləşdiyi MPLS qovşaqları isə məlumatı sifarişçinin “qapısınadək” çatdırmağa imkan verəcək və standart internet qoşulmadan fərqli olaraq istifadəçi qırılma və məlumat itkisi riskindən azad olur.
“T-Systems”in virtual data mərkəzi infrastrukturun təcili genişləndirilməsini və ya əlavələrin virtual “bulud”a keçirilməsini tələb edən situasiyalarda ən yaxşı çıxış yoludur. Təqdim edilən texnologiya rabitə avadanlığı köçürülən zaman müvəqqəti həll kimi istifadə edilə bilər və sonra məlumatlar operativ qaytarıla bilər.
Bundan başqa virtual məlumat emalı mərkəzini qəza bərpası üçün şəbəkənin qırıldığı halda ehtiyat mərkəz kimi istifadə etmək olar. Belə halda, “T-Systems”in təqdim etdiyi ayrıca platforma biznes üçün kritik olan məlumatların 99,9%-nə çıxışa zəmanət verir.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.04.2019
“Oş – Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin rəsmi açılışı
20.04.2019
Ukraynada prezident seçkilərinin ikinci turu ilə bağlı sükut günüdür
18.04.2019
Ermənistanda 24 yaşlı əsgər özünü güllələyib
18.04.2019
Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
18.04.2019
Özbəkistanın Riştan rayon rəhbərliyi İsmayıllı rayonuna səfər edəcək

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info