“Azərbaycan iqtisadiyyatı qeyri-neft sektorunda ciddi irəliləyişlər əldə edib”
Tarix: 22.05.2014 | Saat: 16:39:00 | E-mail | Çapa göndər


“Azərbaycan rabitə və informasiya texnologiyaları sahəsində ciddi irəliləyişlər əldə edib”.
Bu fikirləri Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev “Nil Əl-Əxbar” televiziya kanalına verdiyi müsahibəsində söyləyib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı xəbərə görə, Ş.Abdullayev Misirin geniş tamaşaçı auditoriyasına malik olan “Nil Əl-Əxbar” televiziya kanalına verdiyi müsahibədə ölkəmizlə bağlı bir çox məqamları ərəb xalqına çatdırıb. Səfir Azərbaycan haqqında danışaraq, ölkəmizin tarixi keçmişi barədə məlumat verib və Ermənistan-Azərbaycan münaqişəsindən söz açaraq, Azərbaycanın 20% torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu, bir milyondan çox azərbaycanlının öz doğma torpaqlarından çıxarıldığını qeyd edərək, BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul olunmuş dörd qətnamənin Ermənistan tərəfindən indiyədək yerinə yetirilmədiyini və bununla bağlı beynəlxalq təşkilatlar tərəfindən Ermənistana qarşı heç bir sanksiyanın tətbiq olunmadığını vurğulayıb.
Şahin Abdullayev Azərbaycan iqtisadiyyatının son on ildə yüksək sürətlə inkişaf edərək, dünyada ən dinamik inkişaf edən ölkə iqtisadiyyatlarından biri olduğunu bildirib. O, müsahibədə xüsusi olaraq vurğulayıb ki, yoxsulluq həddi ötən səkkiz il ərzində 49%-dən 5%-ə qədər aşağı düşüb.
Müsahibədə qeyd edilir ki, ölkəmizin xarici valyuta ehtiyatı 53 milyard dolları keçib. Azərbaycanın nefti və qazı boru xətləri vasitəsi ilə dünyanın müxtəlif yerlərinə ixrac edilir:
“Həmçinin Azərbaycan iqtisadiyyatı qeyri-neft sektorunda - turizm, rabitə və informasiya texnologiyaları, sənaye və kənd təsərrüfatı sahələrində ciddi irəliləyişlər əldə edib”.
Azərbaycanın turizm potensialı haqqında danışan səfir ölkəmizdə mövcud olan yay və qış turizmi barəsində məlumat verərək, 2013-cü ildə 2 milyondan artıq turistin Azərbaycana səfər etdiyini bildirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info