Xələf Xələfov: “Rusiya ilə 4 təlimat razılaşdırılıb”
Tarix: 22.05.2014 | Saat: 17:17:00 | E-mail | Çapa göndər


“Rusiya və Azərbaycan arasındakı dostluq münasibətlərinin ruhuna uyğun olaraq demarkasiya işləri davam etdiriləcək”. Bu sözləri xarici işlər nazirinin müavini Xələf Xələfov Rusiya-Azərbaycan sərhədlərinin demarkasiyası üzrə birgə komissiyanın ikinci iclasının yekunlarını şərh edərkən deyib.
Nazir müavini xatırladıb ki, dövlət başçıları tərəfindən “Dövlət sərhədi haqqında” müqavilə imzalanıb və qüvvəyə minib: “Müqavilənin şərtlərinə görə, hər iki dövlət demarkasiyanın aparılması üçün dövlət komissiyası yaradıb. Bu komissiya artıq fəaliyyətə başlayıb. Birinci iclas Moskvada keçirilib. Orada biz çox vacib hüquqi sənəd olan komissiyanın Əsasnaməsini qəbul etmişik. Bu, komissiyanın demarkasiya ilə bağlı fəaliyyət aparmasına əsas yaradır. Bu sənəd də qüvvəyə minib, parlament tərəfindən təsdiq olunub. Bunun əsasında biz komissiyanın səlahiyyətlərinə uyğun olaraq və demarkasiya prosesini aparmaq üçün müvafiq təlimatlar və qaydalar işləyib hazırlayırıq və onları qəbul edirik".

X. Xələfovun sözlərinə görə, bugünkü iclas həmin qaydaların işlənib hazırlanması və qəbul olunmasına həsr olunub: “Səkkiz təlimat qəbul olunmalıdır. Bu təlimatlardan 4-nü ikinci iclasda razılaşdırmışıq. İnanıram ki, ikinci iclasın nəticələrinə görə bu təlimatlar qəbul olunacaq. Bunla paralel olaraq biz digər işləri də aparırıq. Məsələn çöl, kartoqrafiya işləri aparmalıyıq. Bu, uzun bir prosesdir. Çünki sərhədlərin demarkasiyasını aparmaq onun fiziki şəkildə mövcud olmasını təmin etməkdən ibarətdir. Sərhəd işarələrinin qoyulması, sərhədin mühafizəsinin təşkili məsələləri bu prosesin içərisinə daxil olur. Biz prosesi aparırıq və ümid edirəm ki, müvəffəqiyyətlə başa çatdıracağıq".
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Qanunsuz aksiyalar heç bir ölkədə məqbul sayılmır
19.11.2018
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri
19.11.2018
Prezidentin Belarusa səfəri ölkələrimizin iqtisadi əlaqələrində yeni bir mərhələnin əsasını formalaşdırır
19.11.2018
Almaniyadakı azərbaycanlı alimlərin konfransı keçirilib
19.11.2018
İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info