Azərbaycan-Kipr Tələbə Assosiasiyası yaradılır
Tarix: 22.05.2014 | Saat: 18:09:00 | E-mail | Çapa göndər


Bir neçə ildir ki, müzakirəsi davam edən Kiprdə təhsil alan və məzun olmuş azərbaycanlı tələbələrin vahid təşkilat ətrafında birləşməsi məsələsi öz həllini tapıb. Belə ki, Şimali Kipr Türk Cümhuriyyətinin paytaxtı olan Lefkoşada həyata keçirilən universitet təmsilçilərinin qatıldığı iclas yekununda Azərbaycan-Kipr Tələbə Assosiasiyası (Azerbaijan Student Association in Cyprus - ASAC ) qurulması haqda yekdilliklə qərar qəbul olunub. Təşkilatın katibliyindən Toğrul Abbasovun verdiyi məlumata görə, artıq Kiprdəki azərbaycanlılar vahid ad – ASAC adı altında Azərbaycanı təmsil edib və Azərbaycançılıq fəlsəfəsini ən layiqli şəkildə yaşatmaq uğrunda birlikdə fəaliyyət göstərəcəklər. Fəaliyyət çərçivəsində həyata keçiriləcək olan layihələr Azərbaycanın xaricdə təmsil olunması, milli, tarixi və mənəvi dəyərlərini, mədəniyyətini yerli əhali, Kiprdə yaşayan və təhsil alan dünyanın 85-dən artıq müxtəlif ölkə nümayəndələri, əcnəbi tələbələrə çatdırmaq və vətənimizi nüfuzunun daha da yüksəldilməsinə xidmət edəcək. Bundan başqa Kiprdə təhsil alan tələbələrin müstəqil və məhsuldar bir şəkildə şəbəkələşməsi, bu tələbələrin potensialını Azərbaycan gələcəyinə investisiya etməklə ölkəmizin inkişafı və çiçəklənməsinə töhfə vermək, Kiprdə Azərbaycan diasporunun gücləndirilməsi, azərbaycanlı tələbələrin beynəlxalq tədbirlərdə iştirakını artırmaqla Azərbaycanın akademik səviyyədə tanınmasını təmin etmək və s. dövlətimizin mənafeyini hər zaman ən vacib faktor olaraq diqqətə alacaq ASAC-ın məqsəd və məramları siyahına daxildir. Qurumun mətbuat katibliyindən onu da bildiriblər ki, artıq Kiprin 3 universiteti üzrə ASAC prezidentləri - müvafiq olaraq, Doğu Akdeniz Universiteti üzrə Toğrul İbrahimli, Yakın Doğu Universiteti üzrə Rizvan Allahverdiyev və Uluslararası Kıbrıs Universiteti üzrə isə Müqəddəs Abbasov fəaliyyətə başlayıb. Missiyanın sadəcə kiçik bir qisminin uğurla tamamlanması üçün fəaliyyət planında Kiprdəki həmvətənlərimizin təhsil aldığı digər universitetlər – Girne Amerikan Universiteti, Lefke Avropa Universiteti, Orta Doğu Teknik Universiteti və s. Kipr təhsil ocaqlarının da təşkilata cəlb olunması nəzərdə tutulur. ASAC-ın başlıca prinsiplərindən biri də Kiprdə təhsil alan tələbələrin problemləri ilə maraqlanmaq və onların operativ həll olunması üçün uyğun şərait yaratmaqdan ibarətdir. ASAC-ın həmtəsisçisi və sədri Kamran Əliyevin sözlərinə görə isə təşkilatın rəsmi “Facebook” qrupu və səhifəsi artıq hazırdır və ən yaxın gələcəkdə rəsmi veb-səhifənin açılışı ilə bərabər hər kəs ASAC-ın missiyası, vizyonu, strukturu və nizamnaməsi, üzvlük qaydaları ilə daha ətraflı şəkildə tanış olma imkanı qazanacaq. Fəaliyyətə ilk addım kimi artıq 28 May Respublika gününə həsr olunacaq tədbirin hazırlıqları başlayıb və bu istiqamətdə işlər davam etməkdədir. Vətənə və millətə xeyirli olsun deyir və uğurlar arzu edirik.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ötən ilin yekunları müzakirə edilib
16.01.2019
Baş prokurorun Şamaxıda vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib
16.01.2019
SOCAR: Hava şəraitinin kəskinləşməsi ilə əlaqədar 2500-dək neftçi təxliyyə olunub
16.01.2019
Hərbi hissələrdə təhlükəsizlik tədbirləri görülüb
16.01.2019
“Azəriqaz” hava şəraitinin kəskin dəyişəcəyi ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info