“Məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdır”
Tarix: 22.05.2014 | Saat: 18:10:00 | E-mail | Çapa göndər


Azərbaycanda səfərdə olan BMT İnsan Hüquqları Şurasının məcburi köçkünlərin hüquqları üzrə xüsusi məruzəçisi Çaloka Beyani Abşeron rayonunun Masazır qəsəbəsində 760 məcburi köçkün ailəsi üçün yeni salınan şəhərciyi ziyarət edib.
Məlumata görə, Ç. Beyani şəhərcikdə salınan 540 şagird yerlik Zəngilan rayon 33 saylı tam orta məktəbi və 280 yerlik “Şəfəq” uşaq bağçası ilə tanış olub. Daha sonra qonaq Binəqədi rayonunda 160 məcburi köçkün ailəsinin məskunlaşdığı İdarəetmə və Texnologiya Kollecinin yataqxanalarında məcburi köçkünlərin yaşayış şəraiti ilə maraqlanıb.
Ç. Beyani jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycana səfəri nəticəsində məcburi köçkünlərlə bağlı hazırlayacağı hesabatı bu ilin oktyabrında BMT Təhlükəsizlik Şurasına, gələn ilin iyulunda isə BMT-nin İnsan Hüquqları Şurasına təqdim edəcək. O bildirib ki, məcburi köçkünlər öz torpaqlarına qayıtmaq istəyirlər: “Bu gün yataqxanada yaşayan məcburi köçkünlər də Bakıda salınacaq yeni qəsəbələrə yox, ilk növbədə torpaqlarına qayıtmaq istəyirlər. BMT Təhlükəsizlik Şurasına və BMT-nin İnsan Hüquqları Şurasına təqdim edəcəyim hesabatlarda məqsəd beynəlxalq aləmin münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərini gücləndirməyə nail olmaqdır. Məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdır”.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info