Azərbaycan-Rusiya sərhədlərinin demarkasiyası üzrə birgə komissiyanın iclası keçirilib
Tarix: 22.05.2014 | Saat: 18:51:00 | E-mail | Çapa göndər


Bakıda Azərbaycan-Rusiya sərhədlərinin demarkasiyası üzrə birgə komissiyanın ikinci iclası keçirilib.
İclasda çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycan və Rusiya arasında qarşılıqlı etimadın yüksək səviyyəsi və dostluq münasibətlərinin nəinki ikitərəfli, o cümlədən regional xarakterli məsələlərin həllinə kömək edəcəyinə ümidvar olduğunu deyib: “Bu kontekstdə biz əminik ki, Rusiya regionda stabilliyin və təhlükəsizliyin möhkəmlənməsində vacib rol oynayan qonşu dövlət və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədri kimi 20 ildən çoxdur davam edən bu qanlı münaqişənin tez bir zamanda həlli və Azərbaycan ərazilərinin işğaldan azad edilməsi üçün öz töhfəsini verəcək".
Demarkasiya üzrə komissiyanın Rusiya tərəfdən həmsədri Vadim Postnov isə prezidentlər arasında imzalanmış sərhəd haqqında sənədi xatırladaraq növbəti iş üçün geniş imkanların açıldığını söyləyib. O, prosesdə irəliləyişlərin əldə olduğunu əlavə edib: “Bu sərhədlər dostluq sərhədi olacaq bizim xalqları bir-birinə daha da yaxınlaşdıracaq. Bizim iqtisadi, insani və digər əlaqələrimiz qarşısında heç bir maneə yaratmayacaq”.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Liberman Azərbaycanın İsrail üçün strateji əhəmiyyətini və geosiyasi zəruriliyini etiraf edib
19.09.2018
Çin xarici işlər naziri: “Azərbaycan dünyada ciddi nüfuzu ilə seçilən dövlətə çevrilib”
19.09.2018
Omanın Dövlət Şurası sədrinin Azərbaycana səfəri başlayıb
19.09.2018
“Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”
19.09.2018
Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info