Bakı biznes qurulması üçün ən cəlbedici şəhərlər sırasında
Tarix: 22.05.2014 | Saat: 20:20:00 | E-mail | Çapa göndər


Dünyanın nüfuzlu “Forbes” jurnalı ilk dəfə olaraq rusiyalılar üçün biznes qurulması sahəsində ən cəlbedici keçmiş SSRİ şəhərlərinin reytinqini açıqlayıb. Məlumatına görə, bu reytinq siyahısında Azərbaycan paytaxtının da adı var. Məlumata görə, siyahı hazırlanarkən əhalinin ödəniş qabiliyyətli olması və vergi yükünün az olması nəzərə alınıb. Bundan başqa, reytinq cədvəli tərtib edilərkən viza rejiminin sadəliyi, rus dilinin statusu, şirkətlərin qeydiyyatının qeyri-rezident olması da nəzərə alınıb.
Reytinq siyahısına keçmiş SSRİ-nin 20 şəhəri daxil edilib. Bu reytinq cədvəlində ilk onluğa Minsk (Belarus), Tallin (Estoniya), Vilnüs (Litva), Almatı (Qazaxıstan), Astana (Qazaxıstan), Riqa (Latviya), Kiyev (Ukrayna), İrəvan (Ermənistan), Tbilisi (Gürcüstan) və Bakı (Azərbaycan) daxil edilib.
Sonrakı yerləri Xarkov (Ukrayna), Bişkek (Qırğızıstan), Odessa (Ukrayna), Donetsk (Ukrayna), Dnepropetrovsk (Ukrayna), Kişinyov (Moldova), Düşənbə (Tacikistan), Daşkənd (Özbəkistan), Aşqabad (Türkmənistan) və Moskva (Rusiya) daxil olub.
Jurnal yazır ki, ölkə üzrə ayrılan kreditlərin 90%-i orta əmək haqqı 754 ABŞ dolları olan Bakının payına düşür: “Bu şəhərdə cinayətlərin sayı da olduqca aşağıdır. Belə ki, 2013-cü ildə 1000 nəfərə 4,5 cinayət qeydə alınıb”.

Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
İsveçrə səfiri Məmməd Musayevlə görüşüb
25.09.2018
Avropa İnvestisiya Bankı ilə müzakirələr aparılıb
25.09.2018
AZPROMO-da təlim keçirilib
25.09.2018
Bakı Nəqliyyat Agentliyi: 7 müntəzəm marşrut müsabiqəyə çıxarılıb
25.09.2018
Azərbaycan məhsullarının Rusiyaya ixracına dair müqavilələr imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info