Ukraynadakı Azərbaycan diasporu 3-cü forumunu keçirib
Tarix: 22.05.2014 | Saat: 20:49:00 | E-mail | Çapa göndər


Ukraynanın Kiyev şəhərində Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) “Müasir Ukrayna: Azərbaycan diasporunun dövlətin inkişafındakı yeri və rolu” 3-cü forumu keçirilib. Forumda müxtəlif sferada çalışan azərbaycanlı alimlər, iş adamları və ziyalılar iştirak edib. İki hissədən ibarət forumun birinci hissəsində diasporun problemləri və inkişaf perspektivləri müzakirə olunub. UABD-nin sədri Hikmət Cavadovun açılış nitqindən sonra Azərbaycanın Ukraynadakı fövqaladə və səlahiyyətli səfiri Eynulla Mədətli forum iştirakçılarını salamlayıb və forumun gedişinə uğurlar arzulayıb. Səfir bildirib ki, bu cür forumun ardıcıl olaraq 3-cü dəfə keçirilməsi məqsədəuyğun və təqdirəlayiqdir. E. Mədətli qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xaricdə yaşayan azərbaycanlılara hər zaman dəstək verir və disapora fəaliyyətini yüksək qiymətləndirir.
Bundan əlavə 1-ci hissədə UABD-nın Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) və Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə nəşr olunan dərsliklərin təqdimatı keçirilib. Forumun iştirakçıları təqdim olunan dərsliyin azərbaycanlı məktəblilərin və ümumilikdə azərbaycan dilini öyrənmək istəyənlər üçün çox dəyəli olduğunu qeyd ediblər. Forum zamanı Ukraynada fəaliyyət göstərən Diaspora TV-nin tədqimatı keçirilib.
Fuad




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib
14.11.2018
Daxili orqanlarında narkotik vasitə keçirmək istədilər
14.11.2018
“Xanoba“ gömrüyündə qızıl zərgərlik məmulatları keçirən şəxs saxlanılıb
14.11.2018
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10469

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info