“Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri uğurla yerinə yetirir”
Tarix: 22.05.2014 | Saat: 20:50:00 | E-mail | Çapa göndər


“Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri uğurla yerinə yetirir”. Bunu mayın 22-də Milli Məclisin sədri Oqtay Əsədov Avropa Şurasının baş katibi Torbörn Yaqlandın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.
Bu ilin mayından Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə 6 ay müddətinə ilk dəfə sədrlik etməsinə diqqəti çəkən O.Əsədov bunun ikitərəfli əlaqələrin inkişafına töhfəsini verəcəyini deyib.
Spiker qeyd edib ki, Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv olduğu müddətdə iki dəfə bu quruma sədrlik edib və ölkəmizin bu sahədə kifayət qədər təcrübəsi var: "Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrliyini də yüksək səviyyədə həyata keçirməyə çalışacaq".
O.Əsədov Azərbaycanın beynəlxalq təcrübələrə əsaslanan çox yaxşı qanunvericilik bazası olduğunu və bu sahədə Avropa Şurasının da daim ölkəmizə dəstək verdiyini qeyd edib.
Torbörn Yaqland Azərbaycanda çox sürətli inkişafın şahidi olduqlarını məmnunluqla vurğulayıb. Səfər çərçivəsində müxtəlif görüşlər keçirdiklərini deyən qonaq, xüsusilə "ASAN xidmət"in fəaliyyətini yüksək qiymətləndirib. Torbörn Yaqland vurğulayıb ki, ən müasir texnologiyalar əsasında fəaliyyət göstərən "ASAN xidmət" nadir bir təcrübədir və bu xidmət Avropa üçün yaxşı nümunə ola bilər.
Azərbaycan ilə Avropa Şurası arasında imzalanmış yeni fəaliyyət planının əhəmiyyətinə toxunan T.Yaqland bu sənədin gələcək əməkdaşlıq üçün çox geniş imkanlar açacağını vurğulamışdır.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Əli Laricani: Azərbaycan Prezidenti İlham Əliyev uğurlu xarici siyasət aparır
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub
25.09.2018
Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info