Azərbaycan səfiri Paraqvayın xarici işlər naziri ilə görüşüb
Tarix: 22.05.2014 | Saat: 21:17:00 | E-mail | Çapa göndər


Azərbaycanın Paraqvaydakı səfiri Məmməd Əhmədzadə Asunsion şəhərinə səfəri çərçivəsində Paraqvayın xarici işlər naziri Eladio Loizaga ilə görüşüb.
Səfirliyin yaydığı məlumata görə, görüşdə iki ölkə arasında siyasi, iqtisadi-ticarət, humanitar sahələrdə əməkdaşlıq, müqavilə-hüquq bazasının genişləndirilməsi, qarşılıqlı səfərlərin həyata keçirilməsi mövzuları müzakirə olunub.
Məmməd Əhmədzadə paraqvaylı nazirə Azərbaycanın regional proseslərdəki aparıcı rolu və ölkəmizin inkişaf strategiyası barədə məlumat verib.
Həmçinin görüşdə regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində Məmməd Əhmədzadə deputatlar palatasının sədri Xuan Bartolome Ramirez, deputatlar palatasının xarici əlaqələr komitəsinin sədri Xose Maria İbanez, sənaye, ticarət və turizm komitəsinin sədri Viktor Oskar Qonzales Drakeford, senatın xarici əlaqələr komitəsinin sədri Migel Saguier, xarici işlər nazirinin müavini Federiko Qonzales Franko, habelə Diplomatik və Konsulluq Akademiyasının baş direktorunun müavini Salvador Meden Pelaez ilə də görüşüb.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Azərbaycanın müstəqil siyasətinə heç bir kənar qüvvə təsir edə bilməyəcək
18.01.2019
TÜRKSAM: “Azərbaycanın regionda dəyəri artır”
18.01.2019
Rusiya XİN-dəki ermənipərəstlər Rusiya-Azərbaycan əlaqələrindən narahatdır
18.01.2019
“İaşə müxalifəti”nin yalanlar üzərində qurulan təbliğatı...
18.01.2019
İqtisadiyyat Nazirliyində 20 Yanvar qurbanlarının xatirəsi yad edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info