“Publico.es“: “ABŞ Avropanı yenidən “oğurlayır”
Tarix: 22.05.2014 | Saat: 22:25:00 | E-mail | Çapa göndər


İspaniyanın "Publico.es" qəzeti Avopa-Amerika münasibətlərinə aid maraqlı yazı yazıb. Yazıda qeyd edilir: “Antik miflər bəzən avropalılarda yenidən üzə çıxır. Əvvəl hər şey çox romantik baş verib: Zevs ağ öküzə dönərək gözəl finikiyalı çariça Avropanı oğurlayıb, sonra öz belində Krit adasına aparıb. Avropa Zevsə üç oğul doğub və onlar son günlərinə qədər sevgi içində xoşbəxt yaşayıblar. Məhz bu qadın qəhrəmanın şərəfinə Avropa qitəsi adlanıb. Həmin mifologiyanın yaranmasından bu yana əsrlər keçib, bizim mənəviyyatımız isə daha az poetik olub, oğrular isə delikatlıqları ilə fərqlənmirlər. İndi isə Avropanı ABŞ-la azad ticarət zonası barədə Müqavilə oğurlaya bilər. Əgər Zevslə spekulyant-yankilər və onların azad ticarət zonası barədə müqaviləsi arasında seçim etmək lazım gəlsəydi, mən məhz yunan tanrısının ağ öküzə dönərək məni oğurlamasına üstünlük verəcəkdim. Amma bu müqavilə Zevs və ya hansısa xoş adla adlanmır. Söhbət ticarət və investisiyalar sahəsində transatlantik əməkdaşlıqdan gedir. Mənə oğrunun adı, xüsusilə də onun soyadı - investisiya heç də xoş gəlmir.
Hər dəfə mən mister investisiyanın bizə verəcəyi fayda barəsində bir şey eşidəndə, fundamental hüquqlara hücum hiss edirəm. Mənim azadlığım onların senzurası, sindikalizmim onların ekspluatasiyası, kreditim onların fırıldağı, sevgim isə onların nifrəti ilə investisiyalaşdırıla bilər. Mənə belə investisiyalar lazım deyil.
Mənim də aid olduğum sadə adamlar praktiki olaraq, Avropa və ABŞ arasında azad ticarət zonası haqqında hazırlaşanan müqavilə barəsində heç nə bilmirlər.
Gizli danışıqlar aparılır və beynəlxalq hüquq müdafiəçiləri, qeyri-kommersiya təşkilatları, həmkarlar ittifaqları və digər maraqlı tərəflər müzakirə predmeti barədə real informasiyalara malik deyillər. Bu predmeti xalqın maraqlarını rədd edən qruplar qapı arxasında saxlayırlar.
Mən başa düşmürəm ki, Avropa Birliyinin demokratik hökumətləri və ABŞ öz seçicilərindən nəyisə gizlicə necə müzakirə edə bilərlər. Mən həmişə düşünmüşdüm ki, harda demokratiya və azadlıqlar hökmrandırsa, orda sirlər ola bilməz. Amma müxalifətçilər, jurnalistlər, ekoloqlar, hüquq müdafiəçiləri və digərləri ticarət və investisiyalarla bağlı transatlantik əməkdaşlıq barəsində müfəssəl bilməyə çalışan kimi, bizə dedilər ki, bu, dövlət sirridir. Yaxud dövlətlərin, qitələrin sirridir. Demokratik sirlərdir. Heç vaxt düşünməmişdim ki, demokratiya sirlilik rejimi ilə yanaşı mövcud ola bilər. Bəlkə biz düşünmədən səs verməklə, buna görə özümüzə hesabat verməməklə, artıq demokratiyanın axırına çıxmışıq?
Ticarət və investisiyalar sahəsində transatlantik əməkdaşlıq müqaviləsi ölkələrimizə investisiya qoyan ölkələrə imkan verir ki, onların maraqları qanunvericilikdəki dəyişikliklərlə reallaşmasa, zərərin əvəzini tələb etsinlər. Məsələn, amerikan avtomobilqayırma şirkəti “Chrysler” İspaniyada zavodlar tikəcək, o, ucuz ispan fəhlələrinə minimal ödənişlər edəcək, sabahsa İspaniyanın hansısa superproqressiv partiyası əməyin ödənişinin minimal ölçüsünü qaldırsa, “Chrysler” İspaniyayadan əməkhaqqı ödənişini yüksəltməyə məcbur edildiyinə görə ödənc tələb edəcək . Azad ticarət zonasının mahiyyəti də bundadır.
Bununla bağlı məhkəmə isə transatlantik əməkdaşlıq tərəfindən təyin olunmuş ekspertlərdən, yaxud “Chrysler” şirkətinin nümayəndələrindən ibarət olacaq. Nəticədə isə bizə məhkəmədə bu şirkətə ödəmək lazım gələcək”.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib
11.11.2018
İranın xarici işlər nazirinin maraqlı “tviti”
10.11.2018
Angela Merkel antisemitizmin artmasına görə narahatdır
10.11.2018
Lionda Azərbaycan-Fransa Dialoq Assosiasiyasının təqdimatı olub

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10455

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info