III Moskva Beynəlxalq Təhlükəsizlik Konfransı keçirilir
Tarix: 23.05.2014 | Saat: 17:00:00 | E-mail | Çapa göndər


Moskvada Rusiya Müdafiə Nazirliyinin təşkilatçılığı ilə III Moskva Beynəlxalq Təhlükəsizlik Konfransı başlayıb. Konfransda Azərbaycanı müdafiə naziri, general-polkovnik Zakir Həsənov, müdafiə nazirinin müavini, general-mayor Ramiz Nəcəfov və Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov təmsil edirlər.
Konfransın əsas mövzusu “rəngli inqilablar”ın yayılma problematikası, Şimali Afrika və Yaxın Şərqdə “ərəb baharı”nın nəticələri, Əfqanıstandan beynəlxalq qüvvələrinin çıxarılmasından sonra Mərkəzi Asiyada və digər regionlarda sabitlik və terrorizmlə mübarizə məsələləridir.
Konfransı giriş sözü ilə açan Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynada baş verən hadisələrin bütün Avropa üçün təhlükəli olduğunu söyləyib: “Ukraynada hazırda “rəngli inqilab” təşkil etmək cəhdləri müşahidə olunur. Bu ssenarinin əvvəllər həyata keçirilməsi cəhdləri digər MDB ölkələrində də müşahidə olunub".
Rusiyanın xarici işlər naziri Sergey Lavrov da çıxışında Ukraynadakı böhrana toxunub: “Əgər biz həqiqətən də Ukrayna xalqına kömək etmək istəyiriksə, böhranın uzanmasının, ksenofobiyanın və neonasist əhval-ruhiyyənin genişlənməsinin qarşısını almalıyıq”.
Daha sonra Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov çıxış edib.
Qeyd edək ki, konfrans çərçivəsində Azərbaycan müdafiə naziri Zakir Həsənovun rusiyalı həmkarı Sergey Şoyqu və iranlı həmkarı Hüseyn Dehqanla ikitərəfli görüşləri planlaşdırılır.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”
19.09.2018
“Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
19.09.2018
Volkan Bozkır: “Münasibətlərimiz bütün dünyaya gözəl örnəkdir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info