Vaşinqtonda Azərbaycanın iqtisadi imkanlarının təqdimatı keçirilib
Tarix: 23.05.2014 | Saat: 20:25:00 | E-mail | Çapa göndər


Ronald Reyqan adına Beynəlxalq Ticarət Mərkəzində Amerika-Azərbaycan Ticarət Palatasının və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə “Azərbaycan ilə işgüzar münasibətlər və ticarət” mövzusunda tədbir keçirilib.
Azpromo-dan verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd Azərbaycanın təşəbbüsü ilə gerçəkləşən yerli və regional layihələr, o cümlədən informasiya və yeni texnologiyalar, kimyəvi məhsulların istehsalı və tullantıların emalı sənayesi, sənaye parkları, bərpa olunan enerji və turizm sahələri kimi Azərbaycanın qeyri-neft sektorunda mövcud olan biznes və investisiya imkanları barədə şirkətlərin, elmi-tədqiqat mərkəzlərinin və işgüzar dairələrin nümayəndələrini məlumatlandırmaqdır.
Tədbirdə Ronald Reyqan Mərkəzində yerləşən Ticarətin Təşviqi Ofisinin direktoru Endrü Gelfuso, ABŞ Ticarət Departamenti nəzdində fəaliyyət göstərən və daxili investisiyalar üzrə ixtisaslaşan “SelectUSA” təşkilatının direktor müavini Aron Brikman, OPİC - Xaricə Özəl Sərmayələr Şirkətində Biznesin və Maliyyə məhsullarının inkişafı üzrə direktoru Mark Ştukart, ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Süsən Sadıqova və Azpromo-nun ABŞ üzrə nümayəndəsi Elşən Baloğlanov çıxış ediblər.

Ticarətin Təşviqi Ofisinin direktoru Endrü Gelfuso Azərbaycanın biznes imkanları barədə ABŞ ictimaiyyətini məlumatlandırmaq üçün bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Azpromo və ABŞ-Azərbaycan Ticarət Palatasının nümayəndələri Azərbaycanın əldə etdiyi iqtisadi uğurlar barədə məlumat verib, iki ölkə arasında ikitərəfli işgüzar əlaqələrin daha da genişləndirilməsi üçün əlverişli biznes və investisiya mühitinin və bu əlaqələrin inkişafı üçün müvafiq ikitərəfli normativ-hüquqi bazanın qüvvədə olduğunu qeyd ediblər.

Tədbir çərçivəsində həmçinin, Azpromo-nun fəaliyyəti və məqsədləri, o cümlədən Azərbaycan Dadları (Flavors of Azerbaijan) və Azərbaycan Şərab və İçkiləri (Wine & Spirits of Azerbaijan) başlığı altında ABŞ-da həyata keçirilən layihələr haqqında iştirakçılara ətraflı məlumat verilib, ABŞ ərazisində qida və içki idxalı və satışı üzrə fəaliyyət göstərən şirkət və iş adamlarının Azpromo vasitəsilə Azərbaycanın ixrac qabiliyyəti olan şirkətləri ilə əməkdaşlığının qurulması üçün potensialın olduğu diqqətə çatdırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.03.2019
AYİB Azərbaycanda bərpa olunan enerji sahəsinə dəstək verəcək
24.03.2019
Azərbaycan və BP Aral dənizində geoloji kəşfiyyat işlərinə başlaya bilərlər
24.03.2019
Türkiyədə ev alan azərbaycanlıların sayı artıb
23.03.2019
Rusiya aviaşirkəti Azərbaycana yeni reyslər açır
22.03.2019
Toxuculuq sənayesində məhsul istehsalı 50 faizə yaxın artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10705

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
3 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
4 Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub
5 Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info