Neft-qaz ixtisaslarına yüksək müsabiqə vəziyyəti yaranır
Tarix: 23.05.2014 | Saat: 20:44:00 | E-mail | Çapa göndər


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə mətbuat konfransı keçirdi. TQDK sədri bildirdi ki, müsabiqəyə buraxılmaq üçün tələb olunan bal keçid ballarından fərqlənir: “Müsabiqədə iştirak üçün tələb olunan balı biz əvvəlcədən elan edirik. O balı toplayan abituriyentlər ərizə yazıb ixtisas seçə bilərlər. Keçid balları isə müsabiqəyə görə formalaşır”. Onun sözlərinə görə, bir ixtisasa yüksək bal toplayan daha çox abituriyent sənəd verə bilər, digər ixtisasa isə heç kim sənəd vermək istəməz: “Buna görə də keçid balının necə olacağını əvvəlcədən deyə bilmərik”. TQDK sədri onu da qeyd edib ki, 5-10 il əvvəl neft-qaz sahəsi üzrə olan ixtisaslarla bağlı yüksək müsabiqə vəziyyəti olmayıb, amma indi bu ixtisaslara çox yüksək müsabiqə vəziyyəti yaranır.
Onun sözlərinə görə, ali məktəblərə qəbul üçün müsabiqə şərtlərinin dəyişilib-dəyişilməyəcəyi yalnız cari ilin məzunları üçün keçirilən qəbul imtahanlarının nəticələri məlum olduqdan sonra qərar veriləcək: “Bundan sonra biz müəyyən edəcəyik ki, hər ixtisas qrupu üçün ayrılan plan yerləri və müsabiqədə iştirak etmək istəyənlərin sayı nə qədərdir? Ola bilər ki, bunun nəticələri əsasında müsabiqədə iştirak etmək şərtlərini dəyişə bilərik. Amma hələ ki, elan olunmuş qaydalar mövcuddur. Həm əvvəlki, həm də cari ilin məzunları bizim bununla bağlı yeni elanlarımızı izləməlidirlər. Onlar bilməlidirlər ki, onlar ali məktəblərə, yoxsa orta ixtisas təhsili müəssisələrinə sənəd verə bilərlər”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
149 667 manat gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib
21.01.2019
“Güzəştli mənzil” sistemindəki yeniliklər mayın 1-dən tətbiq ediləcək
21.01.2019
Ötən il 51 774 nəfər şəxs münasib işlərlə təmin edilib
21.01.2019
20 Yanvar əlilləri və şəhid ailələri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info