Türkiyə və Yunanıstan hərbçiləri arasında insident
Tarix: 23.05.2014 | Saat: 21:03:00 | E-mail | Çapa göndər


Türkiyə Hərbi Dəniz Qüvvələrinin Egey dənizində keçirdiyi "Bəyaz Fırtına-2014" təlimləri zamanı Yunanıstanın Sərhəd Mühafizə Xidmətinin katerləri ilə insident baş verib. Bu barədə "Hürriyyət" qəzeti xəbər yayıb.
Yunanıstanın Kos adasının (Türkiyə yaxınlığında yerləşən ada) Sərhəd Mühafizə Xidmətinin bir neçə kateri Türkiyə hərbi gəmilərinə çox yaxın məsafədə yaxınlaşıblar ki, bu da onların manevr etmələrinə mane olub.
Buna cavab olaraq Türkiyənin patrul kateri Yunanıstanın Sərhəd Mühafizə Xidmətinin katerlərinə yaxınlaşıb. Nəticədə onlar Kos adasına tərəf çəkilməyə məcbur olublar.
Mayın 22-də Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) Egey dənizində təlimi başlayıb.
Təlimlərdə 53 gəmi, 4 patrul təyyarəsi və 13 hərbi-dəniz aviasiyası helikopteri, Sahil Mühafizə Xidmətinin 17 patrul kateri iştirak edir.
Təlim iyunun 1-də başa çatacaq.
Türkiyə HDQ 1920-ci ildə yaradılıb. Hazırda HDQ-də 48 600 nəfər xidmət edir. Türkiyə HDQ-nin tərkibinə 215 gəmi və 41 dəniz aviasiyası təyyarəsi daxildir.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Pakistan məhkəməsi Nəvaz Şərifin həbsdən buraxılmasına qərar verib
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb
19.09.2018
Şimali və Cənubi Koreya arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalanıb
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info