Qaradağ gəncləri bir arada
Tarix: 23.05.2014 | Saat: 21:13:00 | E-mail | Çapa göndər


Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Gənclərinin VII Ümumrespublika Forumu ilə əlaqədar Qaradağ rayon gənclərinin toplantısı keçirilib.
İlk öncə tədbirə gələn qonaqlar ümummilli lider Heydər Əliyev büstü önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.
Tədbirdə Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasovun Azərbaycan gənclərinin VI forumundan keçən dövr ərzində görülmüş işlərlə bağlı hesabatı dinlənilib. O, gənclərə göstərilən dövlət qayğısından danışaraq bildirib ki, 1994-cü il iyulun 26-da dövlətimizin başçısının Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmış, dövlət gənclər siyasəti hazırlanaraq həyata keçirilməyə başlanılıb. 1996-cı ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Gənclərinin Birinci Forumu keçirilib. Ulu öndər Heydər Əliyevin 1999-cu il iyulun 29-da "Dövlət gənclər siyasəti haqqında" Fərman imzalaması və "Gənclər siyasəti haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edilməsi bu sahədə hüquqi baza yaratmaqla ölkəmizdə müasir gənclər siyasətinin əsasını qoyub. Dövlət gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələdə inkişaf etdiyini deyən natiq bildirib ki, dövlət başçısının 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı müasir Azərbaycan gəncliyinin dövrün tələbləri səviyyəsində hərtərəfli inkişafına möhkəm zəmin yaradıb.
Ötən dövr ərzində rayonda gənclərin ictimai-siyasi, iqtisadi və mədəni həyatda fəal iştirakı, gənclər siyasətinin bütün sahələri üzrə müvafiq dövlət proqramlarının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil və digər sahələrdə gənclərin xidmətlərinin düzgün qiymətləndirilməsi istiqamətində mühüm işlər həyata keçirildiyini diqqətə çatdırdı.
Tədbirdə iştirak edən Qaradağ Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin şöbə müdiri Gündüz Vəliyev öz çıxışlarında gənclərə belə yüksək dəyərin verilməsini ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildiriblər. Yeni dövrdə dövlətimizin qarşısında duran çətinliklərin həll edə bilmək üçün gənclərin yenidən təşkilatlanması, onlarda milli özünüdərkin, azad, demokratik düşüncənin formalaşması ümummilli lider Heydər Əliyevin qayğısı və diqqəti nəticəsində mümkün olub. Bu gün əsası ulu öndər tərəfindən qoyulan dövlət gənclər siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən daha da dərinləşdirilir, gənclərə idarəetmədə və qərar qəbulu səviyyəsində yüksək etimad göstərilir. Bu gün dövlətimizin gənclər siyasətinin əsas istiqamətlərinin gənclərin vətənpərvər ruhda böyüməsi, mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı, istedadlı gənclərə dövlət qayğısı, sağlamlıqlarının qorunması və fiziki inkişafı, gənclərinin məşğulluğunun təmin edilməsi, gənc ailələrə dövlət tərəfindən yardımların edilməsi olduğunu vurğuladılar.
Tədbirdə çıxış edən rayon gəncləri ümummilli lider Heydər Əliyevin dövlətçilik ideyalarını uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ardıcıl səyləri nəticəsində Azərbaycanın dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrildiyini, göstərilən hərtərəfli diqqət və qayğının onlarda böyük ruh yüksəkliyinin yaratdığı qeyd etdilər.
Sonda Azərbaycan gənclərinin VII forumuna nümayəndələr seçilərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olundu.
Tural




 
Bölməyə aid digər xəbərlər
10.04.2020
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı
10.04.2020
Kənd təsərrüfatı məhsullarının Bakıya arayış əsasında da gətirilməsinə icazə verilir
10.04.2020
Azərbaycanda indiyədək 991 nəfər koronavirusa yoluxub, 10 nəfər vəfat edib, 159 nəfər sağalıb
10.04.2020
İTV “Səs Uşaqlar“ın final mərhələsinin vaxtını dəyişdirdi
10.04.2020
Bakıda karantin rejimində gündəlik sərnişindaşımanın statistikası açıqlanıb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11500

1 Samir Abbasov: “Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması istiqamətində operativ addımlarla böyük nailiyyət əldə edilib”
2 Azərbaycanda müalicəvi turizmin inkişafında tibb zəlisinin rolu
3 GMO-nun zərərləri
4 Prezident yaşı 65-dən yuxarı olan 176 məhkumu əfv edib
5 Evdən çıxmaq üçün 556 762 icazə qeydiyyata alınıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info