Şamaxıda gənclərlə bağlı yeni layihə başladı
Tarix: 23.05.2014 | Saat: 21:15:00 | E-mail | Çapa göndər


Millət vəkili Elxan Süleymanovun Şamaxıdakı qərargahında bir neçə gün əvvəl onun təşəbbüsü və dəstəyi ilə start götürən Şamaxı rayonunun gənc istedadlarının mahnı müsabiqəsinə dair mətbuat-konfransı keçirilib. Yerli icra orqanları, ictimaiyyət və kütləvi informasiya vasitələrinin iştirakı ilə keçirilən mətbuat-konfransını giriş sözü ilə E.Süleymanovun nümayəndəsi, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının vitse-prezidenti Vəli Əlibəyov açıb. O, millət vəkilinin Şamaxı rayonundakı fəaliyyətindən, o cümlədən gənc nəslin inkişafı və formalaşmasında milli-mənəvi dəyərlərin aşılanması, gənc istedadların üzə çıxarılması və tanıdılması istiqamətində gördüyü işlər haqqında danışıb. Sonra Təşkilat Komitəsinin sədri İradə Yaqubova hazırlıq işlərindən, müsabiqənin keçirilmə şərtlərindən ətraflı məlumat verib və tədbir iştirakçılarının bir çox suallarını cavablandırıb. Bu təşəbbüsü bəyənib dəstəklədiklərini bildirən Şamaxı Rayon İcra Hakimiyyətinin nümayəndəsi, Mədəniyyət şöbəsinin müdiri, Təhsil şöbəsinin nümayəndəsi və Şamaxı Humanitar Kollecinin təmsilçisi millət vəkili seçildiyi gündən rayon və sakinlər üçün bir çox işlər gördüyünü, yetişən nəslin maarifləndirilməsi və inkişafı baxımından hər zaman bu cür təşəbbüslərlə çıxış etdiyini vurğulayıblar. Onların sözlərinə görə xalqımıza Xaqanilər, Nəsimilər, Seyid Əzim Şirvanilər, Abbas Səhhətlər, habelə onlarla digər böyük mütəfəkkirlər, maarifçilər bəxş etmiş və dahi Sabiri yetişdirmiş Şamaxı Azərbaycanın ən böyük mədəniyyət mərkəzlərindən biridir. Bu gün də burada kifayət qədər istedadlı gənclər var və onlara sadəcə təkan vermək lazımdır.
Qeyd edək ki, mətbuat-konfransından dərhal sonra mahnı müsabiqəsində iştirak etmək istəyən 10-la gənc Təşkilat Komitəsinə sənədlərini təqdim edərək seçim turunda iştirak etmək üçün qeydiyyata alınıblar.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info