Azərbaycan İntellektual Oyunlar Klubunun növbəti çempionatı yekunlaşır
Tarix: 23.05.2014 | Saat: 21:16:00 | E-mail | Çapa göndər


Azərbaycan İntellektual Oyunlar Klubu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı intellekt həvəskarları üçün həftənin 6-ci günləri bir sıra orta və ali ixtisas məktəblərində müxtəlif formatlı intellektual oyunlar təşkil edir. Tədris ili ərzində davam edən sinxron çempionat isə artıq bu həftə yekunlaşacaq.
Qaliblər çempionat üzrə ümumi reytinq cədvəlinə əsasən ən çox xal toplayan komandalar olaraq müəyyən edilir. Hər zaman olduğu kimi bu ildə iyun ayının əvvəllərində ayrı-ayrılıqda həm universitet üzrə həm sinxron çempionat həm də premyer liqa üzrə ilk üç yeri tutan komandalar diplom və müxtəlif hədiyyələrlə təltif olunacaqlar.
"Sevindirici haldır ki, yarışlara qatılan komandaların və çempionata qoşulan təhsil müəssisələrinin sayı artır. Artıq oyunlarda peşəkarlaşmış oyunçular özləri öz komandalarını qururlar"- deyə Azərbaycan İntellektual Oyunlar Klubunun prezidenti Aydın Piriyev qeyd edib: "Klubumuz Bakı şəhəri üzrə tələbələrin cəlb olunmasına görə sıraları ən geniş olan klubdur. Komandalarımız ayrı-ayrı televiziya layihələri və müxtəlif turnirlərdə klubumuzu layiqincə təmsil edirlər".
Klub universitet, məktəb və müxtəlif regional intellektual klubları ətrafında birləşdirir. Qeyd edək ki, "Azərbaycan" İntellektual Oyunlar Klubu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən təşkil olunan və respublikanın ali təhsil müəssisələri arasında keçirilən sinxron çempionat Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Bakı Kompüter Kolleci, Azərbaycan Tibb Universiteti, Bakı Ali Neft Məktəbi, Avrasiya Universiteti və Azərbaycan Universitetində həftənin şənbə günləri təşkil olunur.
Nəzərinizə çatdıraq ki, tələbə çempionatında yüksək nəticələr göstərən komandalar bazar günləri AİOK tərəfindən təşkil olunan Azərbaycan və rus dillərində keçirilən premyer liqalarda təmsil olunma şansı əldə edirlər. Aydın Piriyevin sözlərinə görə premyer liqada mövsümə start verildikdən sonra yarışlara ümumilikdə 90-dan artıq komanda qatılıb. Ümümi nəticəyə uyğun olaraq klub tərəfindən ilk 3 komanda sertifikat və qiymətli hədiyyələrlə, iştirak edən bütün komandalar isə iştirak sertifikatı ilə təltif olunacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10473

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info