Yüksək ixtisaslı rezidentlər hazırlamağa imkanımız var
Tarix: 23.05.2014 | Saat: 21:31:00 | E-mail | Çapa göndər


Azərbaycan Tibb Universitetində (ATU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş Rezidentlərin 2-ci elmi-təcrübi konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin universitetin foyesindəki büstünün önünə əklil qoyublar. ATU-nun rektoru, millət vəkili, akademik Əhliman Əmiraslanov açılış nitqi zamanı ümummilli lider Heydər Əliyevin Azərbaycan elminin və təhsilinin himayədarı olduğunu, bu sahədə çalışanlara, xüsusilə səhiyyə işçilərinə həmişə diqqət və qayğı göstərdiyini xatırladıb. Akademik elmi-praktiki konfransın əhəmiyyətindən danışıb, həmçinin rezidentura sisteminə keçidin əhəmiyyətindən söz salıb: “3 il öncə Azərbaycanda rezidentura sisteminin tətbiqi başladı. Çünki artıq ənənəvi internatura sistemi özünü doğrultmurdu, bir il ərzində yüksək ixtisaslı mütəxəssis hazırlamaq mümkün deyildi”. Ə.Əmiraslanov hazırda vəziyyətin köklü surətdə dəyişdiyini bildirib: “İndi ATU-nun klinikaları yaradılıb, çoxsaylı mütəxəssislərimiz var. Bütün bunlar yüksək səviyyəli rezidentlər hazırlamağa imkan verir. Rezidentura təhsili tibb sahəsində yüksək ixtisaslı mütəxəssis hazırlamaq üçün bütün dünyanın, Amerikanın, Avropanın qəbul elədiyi bir yoldur”. ATU-da rezidenturanı bitirəcək həkimlərin ən yaxşı mütəxəssislər olacağına əminliyini bildirən rektor konfransın işinə uğurlar arzulayıb. Daha sonra plenar məruzələrin təqdimatına başlanıldı.
Qeyd edək ki, Azərbaycanda 2011-ci ildən etibarən ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədi ilə rezidenturaya qəbul həyata keçirilir. Hazırda ATU-da 38 ixtisas üzrə rezidenturada 390 nəfər təhsil alır. Universitetin klinikalarında rezidentlərin işləməsi üçün hər cür şərait yaradılıb, onlar fəal şəkildə xəstələrin müayinə və müalicəsinə cəlb olunurlar. Rezidentlərin elmi hazırlığına da xüsusi diqqət yetirilir. Klinikalarda bütün laboratoriya və diaqnostik kabinetlər elmi araşdırma aparmaq istəyən rezidentlərin ixtiyarına verilmişdir. Ötən il ATU rezidentlərinin ilk buraxılışı olub.
Nigar






 
Bölməyə aid digər xəbərlər
20.07.2019
Lənkərandakı istirahət məkanları cərimələndi
20.07.2019
“Bu ildən Azərbaycan regionlarında uşaqlar üçün bərpa müəssisələrinin inşasına başlanacaq“
20.07.2019
FHN Şirvandakı kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb
19.07.2019
Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqların sayı nəzərəçarpacaq dərəcədə azalıb
19.07.2019
Qubada polislər qanvermə aksiyasında iştirak ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info