Bakıda “Mənşə ölkəsi haqqında məlumata dair” təlim keçirilib
Tarix: 23.05.2014 | Saat: 21:33:00 | E-mail | Çapa göndər


BMT Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı və Dövlət Miqrasiya Xidmətinin (DMX) dəstəyi ilə Bakıda “Mənşə ölkəsi haqqında məlumata dair” təlim keçirilib.
Tədbirdə çıxış edən DMX-in Qaçqınların Statusunun Müəyyənləşdirilməsi İdarəsinin rəisi Nazim Salmanov bildirib ki, DMX 2013-cü ildən “Şərqi Avropa və Cənubi Qafqaz ölkələrində sığınacaq sistemlərinin keyfiyyətinin artırılması təşəbbüsü” layihəsinə qoşulub. O deyib ki, qaçqın statusunun müəyyənləşməsi zamanı qərar qəbul edilən dövrdə mənşə ölkəsi haqqında məlumatların istifadəsi və tətbiqi olduqca əhəmiyyətlidir.
N. İbrahimov onu da qeyd edib ki, Azərbaycana qaçqın statusu ilə müraciət edənlərin saxlanma mərkəzləri digər ölkələrlə müqayisədə çox yaxşıdır: “Onların yeməyi və digər tələbatları hamısı dövlət hesabına ödənilir”.
QAK-ın hüquq şöbəsinin müdiri Aleksandr Navikau isə çıxışında layihənin əhəmiyyətini qeyd edərək layihənin ümumilikdə 6 ölkəni əhatə etdiyini bildirib: “Layihə Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belarusu əhatə edir. Burada məqsəd qaçqın statusu ilə müraciət edən şəxslərin sığınacaq sistemlərinin keyfiyyətinin artırılmasından ibarətdir”.
Qeyd edək ki, layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info